BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib

            BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib

            SOSİAL 14 Mart 2024 11:55

            BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Azərbaycan Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə maliyyə və iqtisadiyyat sahəsi üzrə təhsil alan, karyerasını bu istiqamətdə qurmaq istəyən tələbələr üçün "CareerLAB" şəbəkəsi üzrə panel müzakirələr keçirilib.

            BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tələbələr üçün keçirilən bu cür diskussiyaların gələcək karyera planlaması və düzgün peşə seçimində önəmli rol oynadığını qeyd edib. Bildirib ki, Universitet daxilində də bu işin sistemli aparılması, İnsan resursları və hüquq şöbəsinin strukturunda Karyera və məzunlarla iş sektorunun fəaliyyətinin daha da genişləndirilməsi və optimallaşdırılması üçün onun bazasında müstəqil Karyera və məzunlarla iş Mərkəzi yaradılıb.

            Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev qurumun gənclərin karyera seçimi, öz bacarıq və dəyərlərinin müxtəlif peşə sahələri ilə uyğunluğu məsələlərinin formalaşdırılması məqsədilə fəaliyyət göstərdiyini deyib. O, görüşün məqsədinin ali təhsilin bakalavriat səviyyəsini başa vurmaq üzrə olan gənclərə motivasiya və dəstək vermək olduğunu bildirib.

            Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli ölkənin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında tələbə gənclərin fəal iştirakının təmin edilməsi istiqamətində həyata keçirilən layihələrdə BDU TGT-nin xüsusi aktivlik göstərdiyini qeyd edib.

            Universitetin TGT sədri Ələkbər Həsənov “CareerLAB” şəbəkəsi üzrə layihənin BDU-da təşkili üçün dəstək göstərən qurumlara təşəkkürünü bildirib və tələbələr üçün bu cür layihələrin davamlı olacağını deyib.

            Daha sonra panel müzakirələr başlayıb. Moderatorlar – “Paşa Həyat Sığorta” ASC-nin Mühasibatlıq şöbəsinin müdiri, baş mühasib Toğrul İslam, “Azərbaycan Beynəlxalq Bankı”nın Maliyyə menecmenti departamentinin MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) hesabatlıq şöbəsinin müdiri Fitat Məmmədova, “Kapital Bank”ın Maliyyə menecmenti departamentinin Aktiv və passivlərin idarə edilməsi şöbəsinin müdiri Şamxal İmanov, “KPMG Azərbaijan” şirkətinin audit partnyoru Nəsimə Muradxanova müasir bankçılıq və maliyyə sektorunda tələblər, təkliflər və işə qəbul zamanı diqqət edilməli məqamlardan danışıblar.

            Panel sual-cavab sessiyası ilə davam edib.

            Qeyd edək ki, ilk müzakirəsi BDU-da keçirilən layihənin məqsədi gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsinin təmin edilməsidir.

            BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib
            BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib
            BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib
            BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib
            BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib
            BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025