BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da beynəlxalq cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin mühakiməsində milli məhkəmələrin rolu müzakirə olunub

            BDU-da beynəlxalq cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin mühakiməsində milli məhkəmələrin rolu müzakirə olunub

            ELM 13 Fevral 2026 16:25

            BDU-da beynəlxalq cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin mühakiməsində milli məhkəmələrin rolu müzakirə olunub

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində “Soyqırım və digər beynəlxalq cinayətləri törətməkdə təqsirli bilinən şəxslərin mühakimə edilməsində milli məhkəmələrin rolu” mövzusunda elmi seminar keçirilib.

            Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, seminarın mövzusu müasir beynəlxalq hüquq baxımından son dərəcə aktualdır. O vurğulayıb ki, bu cür elmi müzakirələr beynəlxalq cinayətlərin araşdırılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dekan seminarın həm elmi, həm də praktik baxımdan faydalı olacağını qeyd edib.

            Seminarda Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini Rahim Məmmədov məruzə ilə çıxış edib. Məruzəçi çıxışında XX əsrin sonları və XXI əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemində baş verən proseslərin beynəlxalq hüquqa ciddi zərbə vurduğunu bildirib. Qeyd olunub ki, bəzi dövlətlər və güc mərkəzləri siyasi və geosiyasi maraqlarını təmin etmək məqsədilə beynəlxalq hüquq normalarını və humanitar dəyərləri pozaraq müharibələrə, silahlı münaqişələrə və soyqırımı aktlarına yol açıb. Bu proseslərin nəticəsində milyonlarla günahsız insan həyatını itirib, beynəlxalq sülh və təhlükəsizlik prinsipləri ciddi təhlükə altına düşüb.

            Rahim Məmmədov Azərbaycan xalqının da tarix boyu bu cür təcavüzkar siyasətin qurbanı olduğunu, xüsusilə XX əsrin 90-cı illərində Ermənistanın hərbi-siyasi dairələri tərəfindən xalqımıza qarşı çoxsaylı soyqırımı və müharibə cinayətlərinin törədildiyini vurğulayıb. O, 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş soyqırımını insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi dəyərləndirib. Məruzəçi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini və bunun beynəlxalq hüquq baxımından yeni reallıqlar yaratdığını diqqətə çatdırıb.

            Çıxışda xüsusilə vurğulanıb ki, fevralın 5-də Azərbaycan xalqına qarşı soyqırımı, müharibə və digər ağır beynəlxalq cinayətləri törətməkdə təqsirləndirilən şəxslər barəsində məhkəmə hökmü çıxarılıb. Bildirilib ki, bu qərar haqqın və ədalətin bərpası olmaqla yanaşı, beynəlxalq cinayətlərin cəzasız qalmayacağına dair dünya ictimaiyyətinə verilən açıq mesajdır. Qeyd edilib ki, Azərbaycan məhkəmələri bu prosesdə həm milli qanunvericiliyi, həm də ölkənin qoşulduğu beynəlxalq müqavilələri əsas götürüb.

            Sonda iştirakçılar mövzu ilə bağlı suallar ünvanlayıb, ətraflı müzakirələr aparılıb.

            BDU-da beynəlxalq cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin mühakiməsində milli məhkəmələrin rolu müzakirə olunub
            BDU-da beynəlxalq cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin mühakiməsində milli məhkəmələrin rolu müzakirə olunub
            BDU-da beynəlxalq cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin mühakiməsində milli məhkəmələrin rolu müzakirə olunub
            ELM

            Son XƏBƏRLƏR

            13.02.2026 | 19:00

            BDU-da yeni nəsil materialların hazırlanması sahəsində Azərbaycanda ilk ixtisaslaşmış elmi-tədqiqat mərkəzi yaradılır

            13.02.2026 | 18:33

            BDU Elmi Şurasının növbəti iclası

            13.02.2026 | 18:09

            BDU-nun III-IV kurs tələbələrinin nəzərinə!

            13.02.2026 | 18:08

            BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə “Cybersecurity Capture the Flag (CTF) 2026” olimpiadasında iştirak edəcək

            13.02.2026 | 16:31

            BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar aparılır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025