BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb

            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb

            TƏDRİS 22 Yanvar 2026 15:14

            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi auditoriyasının açılış mərasimi keçirilib.

            Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev ölkədə peşəkar jurnalist kadrların hazırlanmasında media subyektləri ilə sıx əməkdaşlığın mühüm rol oynadığını bildirib. O qeyd edib ki, ölkənin nüfuzlu media qurumlarının təhsil prosesinə cəlb olunması və Jurnalistika fakültəsində xüsusi ixtisaslaşmış auditoriyaların yaradılması jurnalist kadrların hazırlanması prosesinə yeni məzmun gətirib. Artıq Jurnalistika fakültəsində 6 ixtisaslaşmış auditoriya fəaliyyət göstərir. Rektor ölkənin ən böyük xəbər istehsalçısı olan AZƏRTAC-ın xüsusi auditoriyasının da gələcəkdə bilik və peşəkarlığın formalaşdığı mühüm bir məkana çevriləcəyinə əminliyini bildirib: “AZƏRTAC kimi nüfuzlu media qurumunun bu sahədə gördüyü işlər daim inkişafın və keyfiyyətin göstəricisi olub.  Xəbərlərin dəqiqliyi, operativliyi və fotomaterialların yüksək keyfiyyəti AZƏRTAC-ı etibarlı informasiya mənbəyi kimi fərqləndirir. Bu gözəl auditoriya üçün təşəkkürümü bildirir, auditoriyanın fəaliyyətinə uğurlar arzulayıram. Bu, təhsilalanlar və müəllimlər üçün vacib stimuldur. Əminəm ki, gələcəkdə AZƏRTAC-ın peşəkar əməkdaşları BDU-da təhsil prosesinə öz töhfələrini verəcəklər”.

            AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, BDU ölkəmizin ən qocaman ali məktəbi, jurnalistlər də daxil olmaqla bir çox sahə üzrə cəmiyyətə faydalı mütəxəssislər yetişdirən qabaqcıl təhsil ocağıdır. 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universiteti bir əsrdən çoxdur ki, cəmiyyətimizə, elmimizə, təhsilimizin inkişafına xidmət edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin də məzunu olduğu bu müqəddəs təhsil ocağı minlərlə gəncə müasir standartlara uyğun biliklər aşılayır. Universitetin Jurnalistika fakültəsi isə ölkəmizdə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynayır: “AZƏRTAC-la BDU arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıq gənc kadrların peşəkar hazırlığı üçün geniş imkanlar yaradır. Xüsusilə Jurnalistika fakültəsinin tələbələrinin AZƏRTAC-da təşkil olunan təcrübə proqramları onlara müasir media standartlarını dərindən mənimsəməyə şərait yaradır. Təcrübə proqramını uğurla başa vuran, fərqlənən tələbələr Agentlikdə işlə təmin olunurlar. Jurnalistika fakültəsində Agentliyin xüsusi auditoriyasının açılması cəmiyyətimiz, o cümlədən Bakı Dövlət Universiteti və AZƏRTAC üçün çox faydalı olacaq. Bu auditoriyada müxtəlif görüşlər, dərslər, təlimlər keçiriləcək. Bu da Universitetin Jurnalistika fakültəsinin tələbələri üçün AZƏRTAC-ı daha əlçatan edəcək”.

            BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli Bakı Dövlət Universiteti və AZƏRTAC-ın milli maraqlara söykənən, ictimai məsuliyyət daşıyan və xalqla sıx bağlı qurumlar olduğunu vurğulayıb. O qeyd edib ki, bu iki nüfuzlu müəssisə arasında qurulan əməkdaşlıq olduqca uğurlu və nümunəvidir. Xüsusilə BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin AZƏRTAC-da istehsalat təcrübəsi keçməsi, daha sonra peşəkar jurnalist kimi burada fəaliyyətə başlaması bu əməkdaşlığın real və müsbət nəticəsidir.
            Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov BDU-da xüsusi auditoriyaların yaradılmasının tələbələr üçün ciddi stimul olduğunu bildirib. Qeyd edib ki, bu cür layihələr gənclərin peşəkar inkişafına, media mühitinə daha yaxından inteqrasiyasına mühüm töhfə verir: “AZƏRTAC xüsusi auditoriya ideyasını uğurla reallaşdıraraq, praktik və faydalı bir layihəyə çevirib. Əminəm ki, bu tendensiya gələcəkdə də ardıcıl və davamlı şəkildə inkişaf edəcək”.

            Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə diqqətə çatdırıb ki, AZƏRTAC-ın xüsusi auditoriyası uğurlu bir ideyanın gerçəkləşməsinin davamıdır: “Gənclərin AZƏRTAC-da fəaliyyət göstərməsi onların peşəkar formalaşması baxımından olduqca uğurlu və səmərəli nəticələr verir. Bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və daha geniş miqyas alacağına inanırıq”.
            Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov, “ARB 24” televiziyasının İcraçı direktoru Radik İsmayılov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Rafiq Həşimov, BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışlarında AZƏRTAC-ın xüsusi auditoriyasının tələbələrin istehsalatla birbaşa əlaqələrinin yaradılması baxımından əlverişli imkan olduğunu qeyd edib, bunun mətbuatın, BDU və AZƏRTAC-ın inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.

            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
            TƏDRİS

            Son XƏBƏRLƏR

            23.01.2026 | 15:19

            BDU-da məktəblilər üçün infosessiya

            23.01.2026 | 14:21

            BDU-nun əcnəbi tələbəsi: “Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam”- MÜSAHİBƏ

            22.01.2026 | 17:59

            BDU Elmi Şurasının yeni ildə ilk iclası

            22.01.2026 | 16:48

            BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb

            21.01.2026 | 11:47

            BDU-da qış imtahan sessiyası uğurla davam edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025