BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans

            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans

            SOSİAL 27 May 2024 09:37

            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans

            Bakı Dövlət Universiteti, Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası, YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev yaradılmasının 106-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan bəhs edib.  Qeyd edib ki, Azərbaycan xalqının XX əsrin əvvəlində Şərqdə ilk demokratik respublika yaratması mühüm tarixi nailiyyətdir.

            YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik ənənələrində özünəməxsus yer tutur. O dövrdə Xalq Cümhuriyyəti müəyyən səbəblərdən süqut etdi. Lakin xalqımız XX əsrin sonunda yenidən azadlığa qovuşdu və dövlət müstəqilliyini bərpa etdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın sarsılmaz bünövrəsini yaratdı, dövlətçiliyimizin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti dünyada böyük nüfuza malikdir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz ən qüdrətli dövrünü yaşayır. Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər bir vətəndaşı qürurlandırır. Bu, ölkə başçısının gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”.

            BDU-nun prorektoru Əliş Ağamirzəyev isə qeyd edib ki, milli dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyəti müstəsna yer tutur. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə demokratik ənənələrin formalaşmasına əhəmiyyətli təsir göstərib. Xalq Cümhuriyyətinin uğurlarından biri də 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasıdır. Bu gün milli dövlətçilik ənənələrimizin davam etdiyini deyən Əliş Ağamirzəyev bildirib ki, müstəqil Azərbaycan böyük zəfərlər qazanaraq adını tarixə qızıl hərflərlə yazdırıb: “Ən mühüm nailiyyət isə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərimiz dirçəlir, cənnətə çevrilir. O cümlədən Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması böyük əhəmiyyət kəsb edir”.

            YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin şanlı səhifələrindən biridir. Tarixçi kimi elmi işinin XX əsrin əvvəllərində azərbaycanlı deputatların Rusiya Dumasında fəaliyyəti ilə əlaqədar olduğunu vurğulayan Dilarə Seyidzadə həmin dövrdəki deputatların xalqımız üçün böyük işlər gördüklərini söyləyib: “Onlar əsl vətənpərvər ziyalılar idi. Bu insanların fəaliyyəti Xalq Cümhuriyyətinə gedən yolda böyük rol oynayırdı. Nəticədə 1918-ci ilin mayında Xalq Cümhuriyyəti elan olundu. Cümhuriyyət dövründə ana dilində məktəblər açıldı, qadınlara səsvermə hüququ verildi, bir sıra mühüm qanunlar qəbul olundu və digər önəmli addımlar atıldı. Lakin o dövrdə mürəkkəb geosiyasi proseslər baş verirdi və həmin proseslər fonunda Cümhuriyyət cəmi 23 ay yaşaya bildi”.

            YAP Veteranlar Şurasının üzvü deyib ki, müstəqil dövlətimizi qorumaq, onu sevmək hər bir vətəndaşımızın borcudur: “Doğma vətəni sevməyin ən böyük nümunəsini Ulu Öndər Heydər Əliyev göstərib. Bu gün Prezidentimiz İlham Əliyev öz siyasəti ilə müstəqil dövlətimizi daha da gücləndirir”.

            BDU-nun dosenti Xumar Səfərova çıxışında bildirib ki, Cümhuriyyət qurucularının xidmətləri daim xalqımız, dövlətimiz tərəfindən yüksək dəyərləndirilir, onların əziz xatirəsi hər zaman uca tutulur.

            Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, YAP sıralarına qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

            Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans
            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans
            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans
            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans
            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans
            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans
            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans
            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans
            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans
            BDU-da “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025