BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı

            BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı

            ELM 3 İyun 2026 14:57

            BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı

            Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı keçirilib.

            Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev konfransın gənc tədqiqatçıların inkişafı və yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb. BDU-da bu istiqamətdə həyata keçirilən elmi tədqiqatlar barədə məlumat verib, konfransın işinə uğurlar arzuıayıb.

            BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı Azərbaycanın müasir ekosisteminin vəziyyətindən bəhs edib. O çıxışında müstəqillik əldə edildikdən sonra respublikamızda yeni təsərrüfat və mülkiyyət formalarının yaranması, həmçinin erməni işğalı nəticəsində və sosial-iqtisadi vəziyyətdən irəli gələrək ətraf mühitə olan təsirlərin yeni mənzərəsi haqqında danışıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılmasının əhəmiyyətini və respublikamızda ətraf mühitin yaxşılaşdırılması istiqamətində dövlət siyasətinin əsas prioritetlərini qeyd edib. Dövlət təşkilatları ilə yanaşı, ətraf mühitin mühafizəsi sahəsində ölkədəki qeyri-hökumət təşkilatlarının müsbət fəaliyyətini də vurğulayıb.

            Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Baş direktoru vəzifəsini icra edən Zaur İmrani çıxışında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfransın əhəmiyyətindən danışaraq bildirib ki, bu məsələlərdə tarixi-memarlıq irsinin qorunması xüsusi həssaslıq kəsb edir.

            BDU-nun Ekoloji kimya kafedrasının müdiri Sevinc Hacıyeva şəhər ekosisteminin əhəmiyyətindən, burada yaşıllıq zonalarının ekoloji funksiyalarından danışıb, ölkəmizin ev sahibliyi etdiyi COP29 və WUF13 kimi mötəbər tədbirlərin əhəmiyyətinə diqqət çəkib.

            Memarlıq və İnşaat Universitetinin professoru Bəhram Əliyev qlobal iqlim dəyişikliyinin respublikamızın müasir ekosistemlərinə təsirlərindən danışıb. Xüsusilə torpaqların deqradasiyası, səhralaşma və su problemləri kimi istiqamətlərə diqqətin artırılmasının vacibliyini bildirib.

            BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi Qismət Xanbabayev müasir yaşayış məntəqələrinin planlaşdırılması, bu zaman ekoloji standartların nəzərə alınmasından danışıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən müasir yaşayış məntəqələri nümunələri olan “ağıllı şəhər” və “ağıllı kənd” modelləri haqqında ətraflı məlumat verib.

            BDU-nun Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçayski çıxışında respublikamızın yenilənən müasir ekosisteminin mütəmadi tədqiqinin vacibliyini vurğulayıb. Bildirib ki, kafedralar, fakültələr və hətta universitetlərarası birgə əməkdaşlıq çərçivəsində tədqiqatlar apararaq yüksək elmi-nəzəri və praktiki nəticələrin alınması mümkündür.

            BDU-nun Bioekologiya kafedrasının doktorantı Ramil Həsənov “Su-bataqlıq ekosistemlərinin bioloji müxtəlifliyin qorunmasında rolu və dayanıqlı idarə edilməsinin əhəmiyyəti”, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi Şahnaz Amanova isə “SSP2-4.5 ssenarisi çərçivəsində HadGEM3-GC31-LL modeli ilə şəhərlərdə iqlim tendensiyalarının təhlili” mövzularında plenar məruzə ediblər.

            Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

            BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
            BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
            BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
            BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
            BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
            BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
            ELM

            Son XƏBƏRLƏR

            03.06.2026 | 16:12

            “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda beynəlxalq konfrans davam edir

            03.06.2026 | 14:31

            BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

            03.06.2026 | 14:00

            BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi

            02.06.2026 | 17:06

            BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”

            02.06.2026 | 17:04

            “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025