BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib

            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib

            ELM 30 Aprel 2026 14:15

            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib

            Bakı Dövlət Universiteti (BDU), AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib.

            BDU rektoru Elçin Babayev bu tədbirin arxeologiya sahəsində elmi potensialın gücləndirilməsi, müasir metodların tətbiqi və beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, BDU-da bu sahə üzrə yüksəkixtisaslı kadrlar yetişdirmək və elmi tədqiqatları daha da genişləndirmək məqsədilə Arxeologiya Tədris-Tədqiqat Mərkəzi, Tətbiqi arxeologiya və Bioarxeologiya elmi-tədqiqat laboratoriyaları yaradılıb: “Arxeologiya tariximizin öyrənilməsinə ən çox yardım edən elm sahəsidir. Tariximizə aid qiymətli mənbələri axtarıb tapmaq, düzgün şərh etmək və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Bu sahədə həm ölkədədaxili, həm beynəlxalq əməkdaşlıq, xüsusilə də rəqəmsal texnologiyaların tətbiqi çox vacibdir. Arxeologiya sahəsində daha ciddi, rəqabət apara biləcək nəticələrin alınmasını hədəfləyirik”.

            Tədbirin moderatoru, BDU-nun prorektoru Əliş Ağamirzəyev təlim-treninqin Bakı Dövlət Universiteti ilə Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən birgə fəaliyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. O bildirib ki, tədbirin əsas məqsədi arxeoloji tədqiqatlarda istifadə olunan yeni metod və texnologiyalar haqqında məlumat vermək, bu sahədə beynəlxalq təcrübəni yerli elmi mühitə inteqrasiya etməkdir. Bu kimi tədbirlər yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır, gənc tədqiqatçıların formalaşmasına, elmi əlaqələrin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.

            Türkiyənin Ege Universitetinin nümayəndə heyətinin rəhbəri Zafer Derin isə arxeogiya sahəsində ortaq tədqiqatların və təcrübə mübadiləsinin çox önəmli olduğunu vurğulayıb. O, Türkiyənin 8500 illik tarixə malik qədim Yeşilova və Yassıtəpə arxeoloji abidələrində aparılan arxeoloji qazıntılar barədə təqdimatların olacağını, arxeometrik analizlər, rəqəmsal arxeologiya metodları barədə məlumatların veriləcəyini bildirib.

            Daha sonra Ege Universitetinin tədqiqatçıları Mısra Yanık Yeşilova və Yassıtepe qazıntılarında zooarxeoloji və arxeobotanik məlumatların toplanması və təhlili, materialların analizi, arxeometrik analizlər, Özgen Çelik isə arxeoloji materialların kameral işlənilməsi, sənədləşdirilməsi və saxlanması təcrübələri barədə treninq keçiblər.

            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
            BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            30.04.2026 | 17:52

            BDU-nun nəzdində "Gənc istedadlar" liseyində "Heydər Əliyev irsinin təbliği" mövzusunda tədbir

            30.04.2026 | 17:37

            BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib

            30.04.2026 | 17:26

            BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılış mərasimi

            30.04.2026 | 17:25

            BDU-da "Professor Nəsir İmanquliyev dərsləri": Əməkdar jurnalist Elçin Şıxlı ilə görüş

            30.04.2026 | 15:22

            Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov BDU-da ustad dərsi keçib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025