BDU 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ
Bakı Dövlət Universiteti
2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
Doktoranturaya sənədlərin qəbulu 19 may 2026-cı il tarixindən 09 iyun 2026-cı il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS)” vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Doktoranturaya qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.
Qəbul qaydaları haqqında ətraflı məlumat: http://md.bsu.edu.az/az
Qeyd: Qəbul Komissiyası tərəfindən doktoranturaya qəbul olmaq istəyən şəxslərin sənədləri yoxlanılır və ixtisas uyğunluğu müəyyən edilir.
Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxsin nəzərdə tutulan elmi rəhbəri tərəfindən razılıq qərarı yazılı surətdə Qəbul Komissiyasına təqdim edilməlidir. Elmi rəhbərin rəyi olmadan sənəd qəbulu tamamlanmır. Qəbul Komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir.
Qeyd olunanları nəzərə alaraq, doktoranturaya qəbul olmaq istəyən şəxslər tələb olunan sənədləri portala yüklədikdən sonra, sənədlərini kağız şəklində (eləcə də elmi rəhbərin razılıq qərarını) Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Doktorantura şöbəsinə təqdim etmələri xahiş olunur.
Əlavə məlumat üçün:
Tel: (+994 12) 539 64 58
Mob: (+994 50) 415 07 34