BDU-nun iki komandasının "IWISE 2025" yarışmasında böyük uğuru
Martın 9-da "International World Innovative Student Expo 2025" (IWISE) yarışması keçirilib. Yarışda tələbələr "STEM", "Itech", "Robotics"kateqoriyaları üzrə layihələr təqdim ediblər. Yarışda Bakı Dövlət Universiteti (BDU) "EcoGenX", "STAJ", "TechTitans" ve "RoSE" komandaları ile təmsil olunub. BDU-nun "STAJ" komandası "Itech" kateqoriyası üzrə I, "TechTitans" komandası isə "Robotics" kateqroiyası üzrə II yerə layiq görülüb.
Qeyd edək ki, yarışmada I yerə layiq görülən "STAJ" komandası 15-20 iyun tarixlərində Amerika Birləşmiş Ştatlarının Boston şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.