BDU-da “SABAH-ın işığında” adlı bayram tədbiri
Bakı Dövlət Universitetinin (BDU) SABAH qrupu tələbələrinin təqdimatında “SABAH-ın işığında” adlı bayram tədbiri keçirilib.
Bədii tədbirdə tələbələrin ifasında ”Şuşanın dağları”, “Ey Vətən”, “Sarı gəlin”, “Arşın mal alan” mahnıları, “Uzundərə”, “Ağ çiçək”, “Naxçıvani” rəqsləri ifa olunub. Xarici musiqi inciləri ilə yanaşı, skripka və pianonun müşayiəti ilə maraqlı kompozisiya təqdim olunub.
Sonda BDU rektoru Elçin Babayev SABAH tələbələrini Novruz bayramı münasibətilə təbrik edib, onların elm və tədrisdə olduğu ki, yaradıcılıq sahəsində də xüsusi istedada malik olduğunu bildirib.