BDU-da elmi seminar: “Pəncər: unudulmuş möcüzəvi bitki"
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə "Pəncər: unudulmuş möcüzəvi bitki" adlı elmi seminar keçirilib.
Fakültə TEC-in üzvü, III kurs tələbəsi Humay Əliyeva pəncər bitkisinin (Amaranthus L.) mədəni növləri, etnobotaniki xüsusiyyətləri, tarixi istifadəsi, baxımı və yığılması, Azərbaycanın iqlim şəraitinə uyğunlaşması, zəngin tərkibi, tibbi istifadəsi, xəstəlikləri və onlarla orqanik mübarizə üsulları haqqında məlumat verib. Çıxışda bu bitkinin ətraf mühit streslərinə uyğunlaşması və onlardan qorunma mexanizmləri, sağlam bağ ekosisteminin formalaşdırılmasında tətbiqi, torpaqların şoranlaşmasının qarşısının alınmasında istifadə imkanları da geniş izah olunub.
Bildirilib ki, pəncər birkisi mineral maddələrlə və qələvi duzlarla zəngindir. Onun yaşıl kütləsi və dəninin tərkibində insan və heyvan orqanizminin fəaliyyəti üçün vacib olan protein, mineral maddələr və vitaminlər var. Ölkəmizdə əhalinin qidaya olan tələbatının ödənilməsində və heyvanların, quşların yemləndirilməsində pəncərin potensial imkanları daha çoxdur.
Seminarın sonunda dinləyicilərin mövzu ilə əlaqəli sualları cavamlandırılıb.