BDU-da 2024-cü il üçün doktoranturaya sənəd qəbulu başa çatıb
Bakı Dövlət Universitetində (BDU) 2024-cü il üçün doktoranturaya sənəd qəbulu başa çatıb.
Doktoranturaya (dissertanturaya) sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilib. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Elm və Təhsil Nazirliyinin saytı vasitəsi ilə (https://edu.gov.az/az/announcements/20959-1) "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətindən istifadə edərək qeydiyyatdan keçiblər. Tələb olunan formada elmi rəhbərin rəyi və digər sənədlər imtahanlara buraxılma haqqında qərarın qəbul edilməsi üçün 2024-cü il mayın 15-i saat 18.00-dək Doktoranturaya Qəbul Komissiyasına təqdim edilib.
Fəlsəfə doktoru proqramı üzrə 101 ixtisasa əyani təhsil forması ilə 53, qiyabi təhsil forması ilə 81, dissertanturaya 39 ixtisas üzrə 39 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə 20 ixtisasa əyani təhsil forması ilə 2, qiyabi təhsil forması ilə 19, dissertantura yolu ilə 12 yer ayrılıb.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 342, elmlər doktoru proqramı üzrə isə 21 nəfər sənəd verib. Fəlsəfə doktoru üzrə sənəd təqdim etmiş 282 iddiaçı (onlardan 123-ü əyani, 144-ü qiyabi, 15-i dissertant təhsil formasında olmaqla) növbəti mərhələyə - Xarici dil imtahanına buraxılacaq. Elmlər doktoru üzrə isə 21 iddiaçıdan 1-i əyani, 15-i qiyabi təhsil formasına, 5 nəfər isə dissertanturaya sənəd təqdim edib.
Fəlsəfə doktoru proqramı üzrə “Xarici dil” imtahanının 09.06.2024-cü il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) keçirilməsi nəzərdə tutulub. “Xarici dil” imtahanının nəticələri Elm və Təhsil Nazirliyi tərəfindən portala yüklənəcək. “Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənni imtahanında iştirakı üçün siyahıları ali təhsil müəssisəsinə göndəriləcək. “Fəlsəfə” fənni üzrə imtahanın 2, 3, 4 sentyabr 2024-cü il tarixlərində, bu imtahandan müvəffəq qiymət alan şəxslərin ixtisas imtahanlarının isə 9, 10, 11 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.