Muzeyi ziyarət qaydaları

Muzey hər gün (qeyri-iş günləri istisna olmaqla) saat 08:30-dan 17:00-dək işləyir.
Muzeyi fərdi və qruplar şəklində ziyarət etmək olar.
Ziyarətçilər muzeydə təmizliyə və sakitliyə riayət etməli, digər ziyarətçilərə və muzey əməkdaşlarının fəaliyyətinə mane olmamalıdırlar.
Muzeydə ziyarətçilər mobil qurğularını səssiz rejimə keçirilməlidirlər.
Muzeydə xüsusi işıqlandırma qurğu və rejimlərindən istifadə etməmək şərtilə, ziyarətçilərə foto və video çəkilişlər etməyə icazə verilir.

Ziyarətçilərə qadağandır:
– muzeyin eksponatlarına toxunmaq;
– muzeyə üst geyimlərdə – palto, gödəkçə və s., çətir, çanta və digər irihəcmli əşyalarla gəlmək;
– muzeydə uca səslə danışmaq, telefonla danışmaq, muzey zalında qaçmaq;
– muzeyə qida və içki gərtirmək;
– muzey əməkdaşının nitqini diktofonla, digər səsyazma qurğuları ilə yazmaq.