MİSSİYAMIZ

“BDU könüllüləri” təşkilatının əsas missiyası Universitet tələbələrinin şəbəkələşməsini təmin etmək, dövlətçilik və vətənpərvərlik ruhunu yüksəltmək və hər bir tələbə-gənci əhatə etməkdir.

Bakı Dövlət Universitetinin könüllülük siyasəti tələbələrin gələcək inkişafının təmin edilməsinə və Universitetin bu fəaliyyətin effektiv təşkili sahəsində ali təhsil müəssisələri arasında qabaqcıl qurumlardan birinə çevrilməsinə yönəlib. Bakı Dövlət Universiteti tərəfindən yaradılan “BDU könüllüləri” təşkilatının könüllülük proqramının əsas missiyaları aşağıdakılardır:

 

  • Azərbaycanda aparılan gənclər siyasətinə və könüllü hərəkatına dəstək verilməsi;
  • İctimai iştirakçılığın təşkili və sosial məsuliyyətlilik hissinin artırılması;
  • Tələbə-gənclərin praktiki bilik və bacarıqlarının artırılması ilə onların əmək bazarına hazırlanması;
  • BDU-da təlim, tədris və sosial fəaliyyətə effektiv yanaşmanın və töhfənin verilməsi;
  • Tələbə-gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə kömək etmək;
  • Tələbə-gənclərin arasında sosial məsuliyyətin artırılması, milli-mənəvi dəyərlərin qorunması, sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işinin təşkilinə yardım etmək;
  • Tələbə-gənclərin Universitetin sosial sahədə fəaliyyət istiqamətinə uyğun işini təşkil etmək.