Kəmalə Məhəmməd qızı Quliyeva

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri

31 yanvar 1976-cı ildə Mingəçevir şəhərində anadan olub.

1983-1993-cü illərdə Mingəçevir şəhəri 14 nömrəli tam orta məktəbdə təhsil alıb.

1993-1997-ci illərdə BDU-nun Jurnalistika fakültəsinin bakalavr pilləsində “Jurnalistika” ixtisası, 1997-1999-cu illərdə magistratura pilləsində “Publisistik jurnalistika” ixtisaslaşması üzrə təhsil alıb.

1995-1999-ci illərdə “7 gün” qəzetində müxbir, şöbə müdiri vəzifələrində çalışıb.

2003-2007-cı illərdə “Şərq” qəzetində müxbir işləyib.

2008-2013-cü illərdə APA İnformasiya Agentliyində müxbir, 2013-2018-ci illərdə Lent.az saytında redaktor, 2019-2021-ci illərdə APA İnformasiya Agentliyində redaktor vəzifələrində çalışıb.

2014-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda aparıcı məsləhətçi-mətbuat katibi işləyib.

2022-ci ilin fevral ayından BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiridir.

Ailəlidir, iki övladı var.