15 fevral 2024-cü il tarixində saat 10:30-da İnstitutun akt zalında Fizika Problemləri ETİ-də Elmi seminar keçiriləcəkdir.
Mövzu: "Yaşıl hidrogen və məsaməli silisium"
Məruzəçi: “Kondensə olunmuş hal fizikası” şöbəsinin müdiri f.r.e.d. Fərhad Rüstəmov
Xülasə: Hidrogen qazının bəzi alınma üsulları və tətbiq sahələri nəzərdən keçirilir. Yaşıl hidrogen, mavi hidrogen, boz hidrogen və qara hidrogen arasındakı fərqlər açılır. Məsaməli silisiumun hidrogen qazının istehsalında perspektivləri araşdırılir. Bu sahədə aparılan elmi tədqiqatlar müzakirə edilir.