Bakı Dövlət Universitetində elmi-tədqiqat fəaliyyətinin əsas iştirakçılarından biri də Tələbə Elmi Cəmiyyətidir.
Tələbə Elmi Cəmiyyəti elmi, təşkilati və tədqiqat işlərində fəal iştirak edən BDU tələbələrinin könüllü elmi birliyidir.
Fəaliyyət istiqamətləri:
- BDU-da fəaliyyət göstərən fakültə Tələbə Elmi Cəmiyyətlərinin işini əlaqələndirir;
- elmi tədbirlərin təşkilində və keçirilməsində iştirak edir;
- olimpiadalar, tələbə elmi işlərinin müsabiqələri, elmi fəaliyyət üçün qrantlar, konfranslar, ustad mühazirələri, elmi seminarlar, müzakirə klubları, simpoziumlar, gənc tədqiqatçılar üçün məktəblər və digər tədbirlər təşkil edir və tələbələri məlumatlandırır;
- təhsil və elmi fəaliyyətdə keyfiyyətin yüksəldilməsinə, elm-təhsil-sənaye inteqrasiyasının daha da inkişafına yardım edir;
- tədqiqat və araşdırma aparmaq, buraxılış işlərinin, magistr dissertasiyalarının, elmi məqalə və məruzələrin tərtib edilməsi və elmi məruzə ilə çıxış etmək bacarıqlarının inkişaf etdirilməsi üçün seminar-təlimlər təşkil edir;
- yerli və xarici qabaqcıl ali təhsil müəssisələrinin Tələbə Elmi Cəmiyyətləri ilə əməkdaşlıq edir, birgə layihələr hazırlayır, onların təcrübəsini öyrənir və tətbiq edir;
- tələbələrin nəşr fəaliyyətinə dəstək verir.