Universitetdə doktorantura təhsili “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli Qərarına uyğun olaraq təşkil edilir və həyata keçirilir.
Missiya:
BDU-nun elmi-tədqiqat siyasətinin ən mühüm istiqamətlərindən biri kimi doktorantlıq (dissertantlıq) yolu ilə daxili və beynəlxalq meyarlara cavab verən rəqabətqabiliyyətli, innovativ düşüncəli, formalaşmış səriştələrə malik, əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı kadrların – fəlsəfə və elmlər doktorlarının hazırlanmasını təşkil etməkdir.
Fəaliyyət istiqamətləri:
- yerli və xarici istedadlı gənclərin BDU-nun doktoranturasına cəlb edilməsi;
- qabaqcıl təhsil texnologiyalarını tətbiq etməklə yerli və xarici aparıcı universitetlərin alimlərinin birgə rəhbərliyi ilə fəlsəfə və elmlər doktoru elmi dərəcələrinə malik mütəxəssislərin sayının artırılması;
- doktorantura təhsil səviyyələrində ikili diplom proqramlarının sayının artırılması;
- doktorantların sayının ümumi tələbə kontingentindəki payının artırılması;
- xarici tərəfdaş universitetlərdə təcrübə keçmiş doktorantların sayının artırılması;
- qrant və müqavilə əsaslı elmi-tədqiqat layihələrində iştirak edən doktorantların sayının ümumi kontingentdəki payının artırılması;
- Web of Science (Clarivate Analytics) və SCOPUS (Elsevier) verilənlər bazalarında indekslənən jurnallardakı məqalə sayının ümumi məqalə sayındakı payının artırılması;
- xarici dilləri yaxşı bilən elmi-pedaqoji kadrların sayının artırılması.
Hədəf:
Keyfiyyətin idarəetmə sisteminin düzgün işləməsini və inkişafını təmin etməklə doktorantların hazırlanmasında davamlı təkmilləşdirməyə nail olmaq
Bu məqsədlə:
- elmi-pedaqoji kadrların, doktorantların, tələbələrin hazırlanması proqramlarının həyata keçirilməsi üzrə Universitetin tədris və elmi-tədqiqat üzrə struktur bölmələrinə təşkilati, metodiki və analitik dəstək göstərilir;
- doktoranturada elmi-pedaqoji kadrların hazırlanması üzrə proqramlar təkmilləşdirilir;
- doktoranturaya qəbul komissiyasının, attestasiya komissiyalarının işinə təşkilati-metodiki dəstək verir;
- BDU-nun elmi-pedaqoji kadr ehtiyatının hazırlanması proqramının həyata keçirilməsi üçün universitet bölmələrinin fəaliyyətinə təşkilati, sənədləşmə, metodiki, analitik dəstək verilirr, proqramın təşkilati və metodiki təminatına nəzarət edilir;
- Universitetdə dissertasiya şuralarının fəaliyyətinə metodiki və analitik dəstək göstərilir;
- dissertasiya şuralarının elmi katiblərinə və elmi dərəcə almaq istəyənlərə attestasiya işlərinin, dissertasiyaların və avtoreferatların rəsmiləşdirilməsi məsələləri üzrə məsləhətlər verilir.