Yaponiyanın Qunma Universiteti elan edir: “Qunmanın qlobal çağırışı: təbiəti, ənənəsi və müasir cəmiyyəti” Onlayn Yay Proqramı 2022
Yaponiyanın Qunma Universiteti xarici ölkələrdəki tərəfdaş universitetlərdə təhsil alan bakalavriatura, doktorantura pillələrinin tələbələri üçün onlayn yay proqramı təqdim edir. Proqram tələbələrə pandemiya şəraitində intensiv dil və mədəniyyət kurslarında iştirak edərək elm, mədəniyyət, dil və Qunma Universiteti haqqında biliklərə yiyələnmək imkanı verəcək. Onlayn Yay Proqramının əsas konsepsiyası, Yaponiyaya təsir edən sosial problemlər, Qunmanın əhalisi, təbii mühiti, mədəniyyəti haqqında məlumat əldə etmək və regional canlanma ilə bağlı yeni layihələr həyata keçirməkdir. Kurs Yaponiyanın öyrənilməsi üzrə mühazirələr, layihə işi, qrup müzakirəsi və təqdimatdan ibarətdir. İştirakçılar üçün yapon tələbələrlə qarşılıqlı əlaqə imkanı yaradılacaq.
Mühazirələr, layihə işləri, yekun təqdimat və tələbələrin qarşılıqlı əlaqələrində iştirak etmiş bütün şəxslərə proqramın sonunda Sertifikatı veriləcək. Mühazirə və layihə işləri “Zoom” platforması vasitəsilə aparılacaq. Proqramla bağlı suallar “Skype” vasitəsilə cavablandırılacaq.
Kimlər iştirak edə bilər:
- Qunma Universitetinin tərəfdaş olduğu xarici universitetlərdə və QU tərəfindən təyin edilmiş digər qurumlarda bakalavr və doktorantura tələbələri (Yapon dili sertifikatı tələb olunmur).
- Yapon cəmiyyəti, elmi və Yaponiyanın dərindən öyrənilməsi ilə maraqlanan tələbələr.
- İngilis dilini yüksək səviyədə anlama və danışma bacarığı olan tələbələr.
- 5-13 iyul 2022-ci il tarixlərində bütün mühazirə, layihə işləri, yekun təqdimat və qarşılıqlı əlaqələrdə iştirak etmək imkanı olan tələbələr.
Proqram haqqında məlumat
Müddət: 5-13 iyul 2022-ci il (şənbə və bazar günləri daxil deyil)
İştirakçı sayı: maksimum tələbə sayı 30 nəfər, minimum tələbə sayı 5 nəfər.
Qeyd: Bir qayda olaraq, bir universitetdən maksimum 5 nəfər qəbul edilə bilər. Müraciət edənlərin sayı tələb olunandan az olarsa, universitet üzrə iştirakçı sayı 6 nəfər ola bilər.
Kursun cədvəli may ayında elan olunacaq
Müraciət prosesi
Ərizəçinin adından müraciət e-poçt vasitəsilə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəms Bağırova tərəfindən ediləcəkdir.
Müraciət üçün son tarix: 11 mart 2022-ci il
Yerlər məhdud olduğundan, iştirakçıların sayı 11 mart 2022 tarixinə qədər kifayət olduğu təqdirdə müraciətlərin qəbulu dayandırılacaq.
Seçim nəticələrinin elanı: Qunma Universiteti nəticələri 15 aprel 2022-ci il tarixinədək BDU-ya göndərəcək.
Əlaqə üçün: [email protected]
(+994) 51 969 88 00