BDU tələbələrinin nəzərinə!
İtaliyanın Trento Universitetinin Hüquq fakültəsi Erasmus Hüquq Məktəbi ilə birgə “Dəyişən dünyada davamlı inkişaf, iqlim dəyişikliyi və təbii sərvətlərə çıxış” mövzusunda Qış məktəbi üçün müraciətləri qəbul edir. 2 həftəlik Qış məktəbi İtaliyanın Trento şəhərində hüquq, siyasət, iqtisadiyyat və fəlsəfə də daxil olmaqla fərqli mövzuları əhatə edəcək.
Tarix: 27 yanvar - 7 fevral 2025-ci il
İştirak xərcləri:
Tərəfdaş institutların tələbələri (O cümlədən BDU tələbələri) üçün 400 €
Bütün digər tələbələr üçün 1000 €
Ödənişə daxildir: salamlama və vida naharı, yeməkxanada yemək, akademik və sosial-mədəni fəaliyyətlər (şəhərə və muzeyə səfər, 2 ekskursiya, iştirak sertifikatı).
Namizədlərin son müraciət tarixi: 31.10.2024
Daha ətraflı aşağıdakı e-mail vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: