BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Xalqımızın müstəqillik, dövlətçilik əzminin təntənəsi - Dövlət Suverenliyi Günü

            Xalqımızın müstəqillik, dövlətçilik əzminin təntənəsi - Dövlət Suverenliyi Günü

            SOSİAL 20 Sentyabr 2025 00:00

            Xalqımızın müstəqillik, dövlətçilik əzminin təntənəsi - Dövlət Suverenliyi Günü

            Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

            Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biridir. 20 sentyabr 2025-ci il tarixində isə ölkəmiz bu günü ilk dəfə rəsmi olaraq qeyd edir.

            1991-ci ilin oktyabrında qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan rəsmi şəkildə Sovetlər İttifaqından ayrılaraq, öz müstəqil dövlət statusunu bərpa etsə də, təəssüf ki, mənfur qonşularımızın təcavüzü bizə suverenliyimizi tam bərpa etməyə imkan vermirdi. Bu ağrı və acılarla, çətinliklərlə dolu proses 30 ildən artıq davam etdi. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası istiqamətində tarixi iradənin ortaya qoyulması 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə yeni mərhələyə keçdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. BMT qətnamələrinin 30 il ərzində həyata keçirilməyən müddəaları real güc və siyasi iradə ilə icra edildi. Bu zəfər 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş cəmi 23 saatlıq lokal antiterror tədbirləri ilə tamamlandı. Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq çərçivəsində keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində suverenliyin tam bərpası həyata keçirildi. Separatçı qurumun ləğvi və dövlət hakimiyyətinin tam bərpası Azərbaycanın tarixində yeni dövrün başlanğıcını qoydu. 2023-cü il sentyabrın 20-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırdı. Bu, Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunun, dövlət suverenliyinin tam bərpa olunduğunun sübutu idi.

            Dövlət suverenliyimizin bərpası Azərbaycanın müstəqil dövlət olaraq gücünə güc qatdı və sonrakı uğurları üçün möhkəm təməl yaratdı. Bu il avqustun 8-də müstəqil dövlətimiz növbəti şanlı qələbəsinə - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in ABŞ Prezidentinin iştirakı ilə paraflanmasına nail oldu. Bu, ölkəmiz üçün regionda davamlı və dayanıqlı sülhün təmin olunması baxımından mühüm tarixi hadisədir. Sülh müqaviləsinin mətni paraflanmaqla siyasi və hərbi sabitliyin möhkəmləndirilməsi, sülh və əmin-amanlığın bərqərar edilməsi, eləcə də iqtisadi yüksəlişə nail olunması yolunda tarixi irəliləyiş əldə olundu. Mövcudluğu siyasi fəaliyyətsizliyin və region dövlətlərinin taleyinə biganəliyin rəmzinə çevrilmiş Minsk Qrupunun ləğvi üçün birgə müraciət edilməsi barədə razılıq əldə edildi və Minsk Qrupu tarixin arxivinə göndərildi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi təsdiqləndi. Bununla yanaşı, ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ razılaşdırıldı. Regionda sülhün əldə edilməsi istiqamətində uzun müddət davam edən danışıqlar məhz möhtərəm Prezidentimizin qətiyyəti və şəxsi nüfuzu sayəsində, məqsədyönlü xarici siyasəti nəticəsində öz bəhrəsini verdi.

            Dövlət Suverenliyi Gününün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin zirvəsidir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunu bir daha xatırladır və gələcək nəsillərə ötürür. Dövlət Suverenliyi Günü xalqımızın müstəqillik əzmini, dövlətimizin siyasi iradəsini və beynəlxalq arenada qazandığı mövqeyi bir daha vurğulayır.

            Suverenlik Azərbaycan xalqının, dövlətinin milli sərvətidir. Bu sərvəti canı, qanı ilə qorumaq hər birimizin vətəndaşlıq borcudur. Bu yolda canını fəda edən şəhidlərimizin ruhu şad olsun.

            Dövlət Suverenliyi Gününüz mübarək!

            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025