BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Xalq şairi, ictimai xadim Nəriman Həsənzadə vəfat edib

            Xalq şairi, ictimai xadim Nəriman Həsənzadə vəfat edib

            SOSİAL 1 Avqust 2026 11:42

            Xalq şairi, ictimai xadim Nəriman Həsənzadə vəfat edib

            Müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.

            Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevralın 18-də Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub.

            Nəriman Həsənzadə 1962–1965-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, “Azərbaycan–Ukrayna ədəbi əlaqələri” (1941-1945) mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

            O, müxtəlif illərdə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb. 1976–1990-cı illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub. Eyni zamanda bir neçə il SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub, 1991–2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində işləyib. 2004-cü ildən Ədəbiyyat Fondu İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib. Xalq şairi uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.

            Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin 1960–1970-ci illərdə nəşr olunan “Könlüm şeir istəyir”, “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi”, “Mənim gecəm-gündüzüm”, “Sən bağışladın” və s. kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.

            Sosial-siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. “Bir az möhlət istəyirəm ömürdən”, “Fikir eləmə”, “Kimin sualı var?”, “Seçilmiş əsərləri”, “Mənim nikahımı pozdu təbiət”, “Bütün millətlərə”, “Taleyin töhfəsi”, “Nuru paşa”, “Gəlimli-gedimli dünya” və s. kitablarında yer alan, ideya-bədii məziyyətləri ilə seçilən, vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan şeir, poema və mənzum dramları ədəbiyyat salnaməmizi zənginləşdirib. Ədibin əsərləri ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat, rus və s. dillərə tərcümə olunub.

            Nəriman Həsənzadənin əsərləri əsasında hazırlanan “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Nabat xalanın çörəyi” və digər tamaşalar sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

            Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” (1981), “Xalq şairi” (2005) fəxri adlarına, “Şöhrət” (2001), “Şərəf” (2011), “İstiqlal” (2021), "Heydər Əliyev" (2026) ordenlərinə və Heydər Əliyev Mükafatına (2017) layiq görülüb. Söz sənətkarı 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

            BDU rəhbərliyi və kollektivi Xalq şairi Nəriman Həsənzadənin vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Onun yaradıcılığı Azərbaycan xalqının yaddaşından silinməyəcək.

            Allah rəhmət eləsin!

            SOSİAL

            Son XƏBƏRLƏR

            19.09.2026 | 00:00

            Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

            19.09.2026 | 00:00

            Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

            18.09.2026 | 00:00

            Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

            18.09.2026 | 18:56

            BDU-nun dosenti Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

            18.09.2026 | 16:50

            BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025