Ucar məktəbliləri BDU-nun Kimya fakültəsində

Ucar rayonunun Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbinin bir qrup müəllim və şagirdinin Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinə ekskursiyası təşkil olunub.
Ekskursiyanın əsas məqsədi məktəblilərin kimya elminə marağını artırmaq, onların nəzəri biliklərini praktik müşahidələrlə zənginləşdirmək, ali təhsil mühiti ilə yaxından tanış olmalarına şərait yaratmaq və gələcək ixtisas seçimində onlara istiqamət vermək olub.
Ekskursiya çərçivəsində qonaqlar BDU-nun Kimya fakültəsinin fəaliyyəti, tədris prosesi, elmi-tədqiqat istiqamətləri və laboratoriyaların imkanları ilə tanış olublar. Şagirdlər laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, müasir avadanlıqlar və kimyəvi təcrübələr haqqında məlumat əldə ediblər. Bununla yanaşı, məktəblilər Universitetdə tələbələr üçün yaradılmış şəraitlə tanış olub, BDU-nun muzeylərini ziyarət ediblər. Onlara BDU-nun zəngin tarixi, elmi ənənələri, əldə etdiyi nailiyyətlər və tələbə həyatının müxtəlif istiqamətləri barədə ətraflı məlumat verilib.