BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Türkiyənin Hacettepe Universitetinin professorunun BDU-da elmi seminarı

            Türkiyənin Hacettepe Universitetinin professorunun BDU-da elmi seminarı

            ELM 11 Mart 2026 14:36

            Türkiyənin Hacettepe Universitetinin professorunun BDU-da elmi seminarı

            Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə  27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Türkiyənin Hacettepe Universitetinin professoru, zooloq və entomoloq Ali Demirsoyun “Qlobal istiləşmə” mövzusunda onlayn elmi seminarı keçirilib.

            Məruzədə professor Ali Demirsoy qlobal istiləşmənin ekosistemlərə təsirini elmi-statistik məlumatlar əsasında təhlil edərək bildirib ki, atmosferdə istixana qazlarının konsentrasiyasının artması biosferdə balansın pozulmasına gətirib çıxarır. Qeyd olunub ki, temperatur artımı nəticəsində bioloji müxtəliflik üçün həyati əhəmiyyət daşıyan təbii arealların dəyişməsi müşahidə olunur, bəzi növlərin yayılma arealı daralır, bəziləri isə yeni ərazilərə miqrasiya edir. Bu proses xüsusilə həşərat faunasına təsir göstərərək kənd təsərrüfatı bitkiləri üçün zərərverici növlərin sayında artım riskini yüksəldir. Bildirilib ki, iqlim dəyişiklikləri ilə əlaqədar ekosistemlərdə baş verən bu cür transformasiyalar uzunmüddətli perspektivdə qida təhlükəsizliyi, su ehtiyatlarının qorunması və biomüxtəlifliyin davamlılığı baxımından ciddi çağırışlar yaradır.

            Qlobal iqlim dəyişikliyinin Azərbaycan üçün doğurduğu spesifik risklərdən söz açan professor xüsusilə ölkəmizdə su ehtiyatlarının azalması, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və kənd təsərrüfatındakı quraqlıq problemlərinə diqqət çəkib. Ekoloji böhranın təsirlərini azaltmaq üçün operativ şəkildə “yaşıl enerji” layihələrinə keçidi sürətləndirməyin və su idarəçiliyində müasir texnologiyalarının tətbiqinə yönəlməyin vacibliyini vurğulayıb.

            Elmi seminarda iqlim dəyişikliyi ilə mübarizədə Türkiyə təcrübəsinə də toxunulub. Professor Ali Demirsoy bildirib ki, Türkiyədə iqlim dəyişikliklərinin təsirlərinin azaldılması məqsədilə son illərdə elmi-tədqiqat mərkəzləri, universitetlər və dövlət qurumları arasında koordinasiyalı fəaliyyət genişləndirilib. Bu istiqamətdə iqlim modelləşdirilməsi, biomüxtəlifliyin monitorinqi və su ehtiyatlarının səmərəli idarə olunması üzrə bir sıra elmi layihələr həyata keçirilir. Xüsusilə quraqlıq riskinin yüksək olduğu regionlarda suyun təkrar istifadəsi, damcı suvarma texnologiyalarının tətbiqi və alternativ enerji mənbələrinin inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu təcrübə regional əməkdaşlıq çərçivəsində Azərbaycan üçün də faydalı model kimi qiymətləndirilə bilər.

            Sonda Biologiya fakültəsinin TEC sədri Rasim Abbaszadə silsilə xarakter daşıyan elmi seminarların müxtəlif problemlərə aydınlıq gətirilməsi və tələbələrin innovativ elmi yanaşmalarla tanışlığı baxımından faydalı olduğunu bildirib.

            ELM

            Son XƏBƏRLƏR

            11.03.2026 | 16:40

            BDU-nun Geologiya fakültəsinin tələbələri Faydalı qazıntılar muzeyində

            11.03.2026 | 16:17

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalında

            11.03.2026 | 15:57

            BDU-da “Elmin izi ilə – Budaq Budaqov” adlı tədbir

            11.03.2026 | 15:21

            BDU-nun Hüquq fakültəsinin tələbələri beynəlxalq məhkəmə müsabiqəsində iştirak ediblər

            11.03.2026 | 15:20

            BDU tələbələri istehlakçı hüquqları ilə bağlı maarifləndirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025