BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyət istiqamətləri” - BDU-da elmi seminar

            “Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyət istiqamətləri” - BDU-da elmi seminar

            ELM 12 Mart 2025 17:00

            “Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyət istiqamətləri” - BDU-da elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının müəllimi Hicran Zeynalova “Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyət istiqamətləri” mövzusunda məruzə edib.

            Məruzədə 1939-cu ildən fəaliyyət göstərən kitabxananın formalaşması və inkişafı tarixinə nəzər salınıb. Tədqiqatçı Respublika Dövlət Elmi Tibb Kitabxanasının xüsusi oxucu kontingentinə malik olduğunu diqqətə çatdırıb, kitabxananın fəaliyyətinin spesifikasından, burada istifadə olunan iş metodlarından bəhs edib: “Kitabxana sahə üzrə mütəxəssislərə, tibb sahəsində tədqiqat aparan şəxslərə, müvafiq təhsil müəssisələri və elmi tədqiqat institutlarına, tibb təhsili alan tələbələrə kitabxana xidməti göstərən aparıcı mərkəzdir”.

            Tədqiqatda Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyət istiqamətləri geniş şəkildə öyrənilib, kitabxananın strukturu, sənəd dövriyyəsi, kitab fondu, komplektləşdirilmə mənbələri, oxucu sayı, kitabxanada təşkil edilən müxtəlif tədbirlər, sərgilər, qurumun elmi-metodiki fəaliyyəti və bir sıra layihələri təhlil olunub. Kitabxanada həyata keçirilən elektronlaşdırma proseslərindən bəhs edən məruzəçi kataloqlaşdırma sistemlərini inkişaf etdirmək üçün yeni texnologiyaların və metodların tətbiqinin davamlı olaraq təkmilləşdirilməsinin vacibliyini vurğulayıb, bu sahədə dünya təcrübəsini diqqətə çatdırıb, bir sıra müqayisəli təhlillər aparıb.

            Respublika Dövlət Elmi Tibb Kitabxanasının iş təcrübəsi əsasında hazırlanmış məruzə müzakirələrlə davam etdirilib.

            “Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyət istiqamətləri” - BDU-da elmi seminar
            “Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyət istiqamətləri” - BDU-da elmi seminar
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025