BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da

            Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da

            BEYNƏLMİLƏLLƏŞMƏ 2 May 2025 14:56

            Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da

            Özbəkistanın 15-dək nüfuzlu ali təhsil müəssisəsinin nümayəndələri Bakı Dövlət Universitetində (BDU) olublar.

            Qonaqları salamlayan BDU-nun rektoru ortaq kökə, tarixə malik, qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. O qeyd edib ki, iki qardaş dövlət siyasi, iqtisadi, humanitar, o cümlədən mədəniyyət, elm,  təhsil istiqamətlərində uğurlu əməkdaşlıq edir. BDU da bu əməkdaşlığa öz töhfəsini verməkdədir. Son bir neçə ildə BDU Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirib. BDU Özbəkistan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirib: “Son iki ayda Özbəkistanın müxtəlif universitetlərindən onlarla professor-müəllim mübadilə proqramları çərçivəsində BDU-ya gəlib, təcrübə keçib. May ayında da bu proses davam edəcək. BDU və Özbəkistan ali təhsil  müəssisələrinin ikili diplom proqramları, birgə elmi tədqiqatlar, ortaq konfranslar, sosial tədbirlər həyata keçirməklə bağlı daha böyük potensialı var. Birgə layihə və elmi tədqiqatlar hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm töhfə verməklə yanaşı, regionun elmi potensialının gücləndirilməsi, təhsilin keyfiyyətinin artırılması, elm və təhsil sahəsində daha böyük uğurlara imza atmasına şərait yaradacaq”.

            Qonaqlar daha sonra BDU-nun “Eko Məkan”ı, Mədəniyyət-Yaradıcılıq Mərkəzi, Elmi Kitabxanasında olublar. Onlar Biologiya, Filologiya, Fizika, Beynəlxalq münasibətlər və iqtisadiyyat, İnformasiya və sənəd menecmenti, Sosial elmlər və psixologiya fakültələrinin tədris, elmi fəaliyyəti ilə tanış olub, əməkdaşlığı daha da gücləndirməklə bağlı müzakirələr aparıblar.

            Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da
            Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da
            Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da
            Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da
            Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da
            Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025