BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU-da ustad dərsi keçiblər

            Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU-da ustad dərsi keçiblər

            TƏDRİS 1 May 2025 13:12

            Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU-da ustad dərsi keçiblər

            Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının təşəbbüsü ilə Miçiqan Dövlət Universitetinin professoru Douglas K. Hartman, İstanbul Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı, doktor Dilək Altun "Universitet müəllimlərinə səlahiyyət verən süni intellektlə təkmilləşdirilmiş peşəkar inkişafın layihələndirilməsi" mövzusunda "Fəlsəfə" ixtisasında təhsil alan tələbələr üçün ustad dərsi keçiblər.

            Professor Douglas K. Hartman çıxışında süni intellekt texnologiyalarının təhsil sahəsində tətbiqinin müasir dövrdə əsaslı dəyişikliklərə səbəb olduğunu vurğulayıb. O bildirib ki, bu texnologiyalar təhsilin keyfiyyətini artırmaq və təlim prosesini inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Miçiqan Dövlət Universitetində tələbələrin dərs prosesində ChatGPT və digər süni intellekt proqramlarından istifadə etdiklərini qeyd edən professor tələbələrin bu vasitələrlə qarşılıqlı əlaqədə olarkən əldə etdikləri nəticələri qiymətləndirdiklərini bildirib. Süni intellektin, xüsusilə də ChatGPT və digər modellərin tələbələrin müzakirələrini faktların dəqiqliyi, mövzunun dərindən mənimsənilməsi, terminologiyanın düzgün istifadəsi, dinləmə bacarıqları və konstruktiv mübahisə kimi əsas parametrlər üzrə qiymətləndirməyə imkan verdiyini əlavə edib.

            Dilək Altun isə çıxışında süni intellektin məktəbəqədər və məktəb yaşlı uşaqlarda yaratdığı müsbət və mənfi təsirlərdən danışıb. O, bəzi oyun proqramlarının uşaqlarda müsbət cəhətlər formalaşdırdığını qeyd edərək, oyunların seçimində yaş həddinin nəzərə alınmasının vacib olduğunu vurğulayıb. Dilək Altun həmçinin kiçik yaşlı uşaqlarda elektron və səsli kitablara marağın artdığını, bu səbəbdən valideynlərin kitab janrlarını düzgün seçməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

            Mühazirəçilər süni intellektin təhsil sisteminə tətbiqinin tədris prosesini əsaslı şəkildə dəyişdirdiyini vurğulayıblar. Bu dəyişikliklərə uyğunlaşmaq və təhsil sistemini inkişaf etdirmək üçün təhsil siyasətlərinin yenidən nəzərdən keçirilməsi və müəllimlərin peşəkar inkişafının önəmi qeyd olunub. Süni intellektin düzgün tətbiqi təhsildə daha effektiv, əhatəli və maraqlı imkanların yaranmasına səbəb ola bilər.

            Sonda mühazirəçilər tələbələrin suallarını cavablandırıblar.

            Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU-da ustad dərsi keçiblər
            Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU-da ustad dərsi keçiblər
            Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU-da ustad dərsi keçiblər
            Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU-da ustad dərsi keçiblər
            Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU-da ustad dərsi keçiblər
            Miçiqan Dövlət və İstanbul Boğaziçi universitetlərinin alimləri BDU-da ustad dərsi keçiblər
            TƏDRİS

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025