BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov BDU-da ustad dərsi keçib

            Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov BDU-da ustad dərsi keçib

            SOSİAL 30 Aprel 2026 15:22

            Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov BDU-da ustad dərsi keçib

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) "Master klass" layihəsi çərçivəsində növbəti görüş keçirilib.

            Tədbirdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov çıxış edib. Görüş "Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi" mövzusuna həsr olunub.

            Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev hüquq-mühafizə orqanları sistemində zəngin təcrübəyə malik olan və tələbəlik illərində fakültənin Tələbə Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərən Kərəm Mansurovun peşəkar fəaliyyətinin hüquqşünas gənclər üçün nümunəvi olduğunu qeyd edib. Dekan bu cür birbaşa ünsiyyət platformalarının tələbələrin peşəkar inkişafına və mütəxəssis kimi formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

            Kərəm Mansurov Məhkəmə-Hüquq Şurasının təkamül yolu, institutun hüquqi statusu və fəaliyyət prinsipləri barədə ətraflı məlumat verib. O, fərqli hüquq sistemlərində bu təsisatın müxtəlif adlarla fəaliyyət göstərməsinə rəğmən, Azərbaycan modelinin məhkəmə müstəqilliyinin təmin olunmasında və ədalət mühakiməsinin keyfiyyətinin artırılmasında oynadığı strateji rolu diqqətə çatdırıb. Çıxış zamanı məhkəmə sistemində reallaşdırılan islahatlar, məhkəmələrin institusional gücləndirilməsi və gələcək inkişaf istiqamətləri kimi mühüm məqamlara toxunulub.

            İnteraktiv formatda davam edən görüşdə Kərəm Mansurov tələbələrin Məhkəmə-Hüquq Şurasının formalaşdırılması, hakimlərin seçilməsi və təyinatı prosedurları, habelə qurumun cari fəaliyyəti ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

            Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov BDU-da ustad dərsi keçib
            Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov BDU-da ustad dərsi keçib
            Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov BDU-da ustad dərsi keçib
            Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov BDU-da ustad dərsi keçib
            SOSİAL

            Son XƏBƏRLƏR

            30.04.2026 | 17:52

            BDU-nun nəzdində "Gənc istedadlar" liseyində "Heydər Əliyev irsinin təbliği" mövzusunda tədbir

            30.04.2026 | 17:37

            BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib

            30.04.2026 | 17:26

            BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılış mərasimi

            30.04.2026 | 17:25

            BDU-da "Professor Nəsir İmanquliyev dərsləri": Əməkdar jurnalist Elçin Şıxlı ilə görüş

            30.04.2026 | 15:02

            BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025