BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Çinin nüfuzlu universitetlərinin dörd tələbəsi BDU-da təhsil alacaq

            Çinin nüfuzlu universitetlərinin dörd tələbəsi BDU-da təhsil alacaq

            BEYNƏLMİLƏLLƏŞMƏ 19 Sentyabr 2025 16:35

            Çinin nüfuzlu universitetlərinin dörd tələbəsi BDU-da təhsil alacaq

            Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən olan Pekin Xarici Dillər Universiteti (PXDU) və Sun Yat-sen Universitetinin dörd tələbəsi 2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.

            Onlardan üçü PXDU-nun Asiya fakültəsinin “Azərbaycan dili” ixtisası üzrə təhsil alan tələbələrdir. Universitetin tədris qaydalarına əsasən, xarici dil ixtisası üzrə təhsil alan tələbələr üçüncü kursda öyrəndikləri dilin mənsub olduğu ölkədə bir semestr təhsil almaq öhdəliyinə malikdirlər. Bu çərçivədə “Azərbaycan dili” ixtisası üzrə tələbələr BDU-nun Filologiya fakültəsində bir semestr ərzində təhsil alacaqlar. Sun Yat-sen Universitetinin bir tələbəsi isə magistratura səviyyəsində təhsilini bu tədris ilində BDU-nun Sosial elmlər və psixologiya fakültəsində davam etdirəcək. Bu təşəbbüsün həyata keçirilməsində PXDU-nun Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Aqşin Əliyevin mühüm rolu olub.

            BDU-nun rektoru Elçin Babayev Çin universitetlərindən gələn tələbələrlə görüşərək Universitetin tədris mühiti, elmi fəaliyyəti, tələbə həyatı barədə ətraflı məlumat verib. Rektor vurğulayıb ki, BDU-da təhsil alan əcnəbi tələbələr arasında Çin Xalq Respublikasından olan tələbələr xüsusi yer tutur. Onların təhsil və sosial məsələləri Universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Çinli tələbələr həm də BDU-nun sosial-mədəni həyatında fəal iştirak edirlər.

            Sonda rektor tələbələrə uğurlar arzulayıb və onların gələcək fəaliyyətlərində BDU-da qazandıqları biliklərin mühüm rol oynayacağına əminliyini ifadə edib.

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            16.06.2026 | 19:59

            BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

            16.06.2026 | 16:40

            BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib

            16.06.2026 | 14:05

            BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş

            16.06.2026 | 11:50

            BDU-da yaz imtahan sessiyası uğurla davam edir

            16.06.2026 | 11:48

            “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025