BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı

            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı

            SOSİAL 21 Oktyabr 2026 18:30

            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı

            XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərovun “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimat mərasimi keçirilib.

            Akademik Nizami Cəfərov nəşrin ərsəyə gəlmə məqsədi, Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti və onun müasir türkoloji tədqiqatlar üçün aktuallığı barədə ətraflı məlumat verib. O, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi, mədəni və mənəvi inteqrasiyasında mühüm mərhələ olduğunu vurğulayıb. Müəllif qurultayda müzakirə olunan məsələlərin, irəli sürülən elmi ideyaların və qəbul edilən qərarların bu gün də Türk dünyası üçün əhəmiyyətini qoruduğunu bildirib. Qeyd edib ki, həmin tarixi hadisənin dərslərini öyrənmək türk xalqlarının ortaq elmi və mədəni irsinin dərk edilməsi, eləcə də müasir türkoloji fikrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Ortaq tarixi və dilçilik irsinin öyrənilməsi, elmi ənənələrin davam etdirilməsi türkoloji tədqiqatların qarşısında duran mühüm vəzifələrdəndir.

            AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında Birinci Türkoloji Qurultayın elmi konsepsiyasının və dərslərinin müasir dövrdə də aktuallığını qoruduğunu bildirib. “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının bu irsin araşdırılması və gələcək nəsillərə çatdırılmasındakı rolunu yüksək qiymətləndirib.

            BDU-nun Elmi Kitabxanasının müdiri Nigar İsmayılova, Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çıxışlarında belə nəşrlərin milli elmi irsin qorunması baxımından əhəmiyyət daşıdığını, tələbə-gənclərin türk xalqlarının ortaq dilçilik irsi haqqında biliklərinin genişləndirilməsinə imkan yaratdığını diqqətə çatdırıblar.

            Sonda iştirakçıların sualları cavablandırılıb, kitabda əksini tapan məsələlər, Birinci Türkoloji Qurultayın tarixi irsi, türk dillərinin inkişafı və ortaq əlifba mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

             

            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı
            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı
            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı
            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı
            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı
            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı
            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı
            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Birinci Türkoloji Qurultayın dərsləri” kitabının təqdimatı
            SOSİAL

            Son XƏBƏRLƏR

            21.10.2026 | 18:54

            BDU-nun dosenti Reyhan Şıxlinskaya 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarıdır

            21.10.2026 | 17:35

            BDU komandası beynəlxalq CanSat müsabiqəsində III yeri qazanıb

            21.10.2026 | 16:53

            BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

            21.10.2026 | 16:47

            BDU-nun tələbə və müəllimləri üçün “Huawei İKT Müsabiqəsi”ndə iştirak imkanı

            21.10.2026 | 16:00

            Özbəkistanın Termez Dövlət Universitetinin nümayəndə heyəti BDU-nun Filologiya fakültəsində

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025