BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və ICESCO-nun təşkilatçılığı ilə “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfrans keçirilir

            BDU və ICESCO-nun təşkilatçılığı ilə “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfrans keçirilir

            ELM 23 Dekabr 2024 14:05

            BDU və ICESCO-nun təşkilatçılığı ilə “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfrans keçirilir

            Bakı Dövlət Universiteti (BDU) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə BDU-nun 105 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfransın və “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin açılış mərasimi keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 105 yaşlı Bakı Dövlət Universiteti Azərbaycanın ilk ali təhsil müəssisəsi və elm məbədi kimi elmi-tədqiqat fəaliyyətlərinin təşkili və inkişafında mühüm rol oynayıb. Universitetin fəaliyyətində elmi araşdırmaların təşkili, müasir tələblərə cavab verən infrastrukturun qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biridir. BDU-da elmi tədqiqatların effektiv təşkili üçün müasir laboratoriyalar, elmi mərkəzlər və institutlar fəaliyyət göstərir. Məhz buna görə də BDU elmi tədqiqatların təşkili və inkişafı sahəsində öz lider mövqeyini qoruyub saxlayır. BDU-nun bu uğurlarında beynəlxalq əməkdaşlığın, xüsusilə də ICESCO ilə qurulan əlaqələrin xüsusi yeri var: “ICESCO-nun dəstəyi ilə yaradılmış Biotibbi materiallar kafedrası elmi tədqiqat fəaliyyətlərində önəmli bir mərkəz kimi formalaşıb. Bu kafedranın fəaliyyəti çərçivəsində həyata keçirilən tədqiqatlar biomaterialların tibbi tətbiqləri, müasir texnologiyaların insan sağlamlığına və ekoloji problemlərin həllinə inteqrasiyası sahəsində böyük nəticələr əldə etməyə imkan yaradıb”.

            Rektor diqqətə çatdırıb ki, BDU ilə ICESCO arasında əməkdaşlıq çərçivəsində biotibbi materiallar və digər qabaqcıl texnologiyalar sahəsində beynəlxalq səviyyəli tədqiqatların aparılması, tələbə və gənc alimlərin ICESCO-nun təşkil etdiyi təcrübə proqramlarında iştirakının təmini, regionda müasir elmi texnologiyaların tətbiqini təşviq edən layihələrin həyata keçirilməsi, xüsusilə də ekoloji problemlərin həlli və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün birgə təşəbbüslərin reallaşdırılması, ICESCO-nun dəstəyi ilə beynəlxalq konfransların keçirilməsi və yüksək impakt faktorlu elmi jurnallarda birgə məqalələrin dərc edilməsi istiqamətlərində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr arasında regional elmi mərkəzlərin şəbəkələşməsi və dayanıqlı inkişaf üçün innovativ texnologiyaların tətbiqi xüsusi yer tutur. Bundan əlavə, BDU təhsil və mədəniyyət sahələrində də ICESCO ilə əməkdaşlığı dərinləşdirmək, xüsusilə mədəni irsin qorunması, təhsildə rəqəmsal texnologiyaların tətbiqi və gənc nəslin qlobal çağırışlara uyğun olaraq yetişdirilməsi istiqamətlərində yeni imkanlar üzərində çalışır: “ICESCO ilə əməkdaşlığın dərinləşdirilməsi təkcə BDU-nun deyil, ümumilikdə Azərbaycanın elmi və təhsil potensialının güclənməsinə mühüm töhfə verəcək. İnanıram ki, birgə səylərimiz nəticəsində elm, təhsil və mədəniyyət sahəsində daha böyük uğurlara imza atacağıq”.

            Elçin Babayev bildirib ki, Azərbaycanda elmin təşkilində müasir yanaşmaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Universitetlərin elmi tədqiqat mərkəzləri kimi inkişaf etdirilməsi və tələbələrin elmi fəaliyyətə cəlb olunması elm və təhsil inteqrasiyasını gücləndirir. Rektor bu baxımdan Azərbaycanla yanaşı, Türkiyədən, Qazaxıstandan, Bolqarıstandan da nümayəndələrin iştirak etdiyi “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfransın və “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin faydalı olacağını bildirib.

            Sonra ICESCO Baş direktorunun elm və texnologiyalar üzrə müşaviri Məhəmməd Şərifin videomüraciəti dinlənilib.

            İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baran son onilliklərdə universitetlərin elm, bilik öyrətməklə yanaşı, texnologiyaların, iqtisadi inkişafın əsasını qoyan mərkəzlər olduğunu qeyd edib. Xüsusilə sənaye inqilablarının dünyanın sürətlə dəyişməsində böyük rol oynadığını, universitetlərin isə bu inkişafın önündə getdiyini vurğulayıb. O, biotibb istiqamətində tədqiqatların qlobal ekoloji problemlərin həllində mühüm rola malik olduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb.

            Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, Bolqarıstanın Stefan Angelof adına Mikrobiologiya İnstitutunun professoru Milka Mileva, Qazaxıstanın Almatı Texnoloji Universitetinin Biotexnologiya kafedrasının müdiri Şolpan Abzxanova, Türkiyənin Yaşar Universitetinin Kənd təsərrüfatı bilikləri və texnologiyaları fakültəsinin dekanı İsmayıl Türkan çıxışlarında “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfransın və “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin iqlim dəyişiklikləri, ekoloji problemlərin həlli, biotibbin inkişafı ilə bağlı qlobal çağırışlara cavab verdiyini, müxtəlif ölkələrin universitetləri, xüsusilə gənc tədqiqatçıları arasında əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi baxımından faydalı olduğunu bildiriblər.

            Konfransın plenar sessiyasında İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baranın “Xərçəng xəstəliyində dərmana qarşı davamlılıq” və BDU-da ICESCO-nun Biotibbi materiallar kafedrasının müdiri, professor Ülviyyə Həsənovanın “ICESCO-nun Biotibbi materiallar kafedrası: beynəlxalq əməkdaşlıq əsasında elm və tədqiqatlar” mövzularında məruzələri dinlənilib.

            Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025