BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

            BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

            BEYNƏLMİLƏLLƏŞMƏ 2 Noyabr 2024 16:55

            BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Əl-Fərabi adına Qazax Milli Universitetinin (QMU) rektoru Janseit Tuymebayev arasında görüş keçirilib.

            Görüşdə hər iki universitet arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi və yeni istiqamətlərdə inkişaf etdirilməsi barədə geniş müzakirələr aparılıb. İki universitet arasında 2020-ci ildə imzalanmış müqaviləyə əsasən həyata keçirilən “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə ikili diplom proqramının uğurları vurğulanıb. Bu proqram çərçivəsində magistratura səviyyəsində ingilis dilində birgə tədris prosesi aparılır. Tələbələrə iki universitetin resursları və təcrübəsi əsasında yüksək keyfiyyətli təhsil almaq imkanı yaradılır.

            Rektorlar Elçin Babayev və Janseit Tuymebayev bu proqramın regionda hüquq təhsili sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssislər yetişdirmək baxımından əhəmiyyətini vurğulayıblar. Tərəflər proqramın daha da inkişaf etdirilməsi və yayılması imkanlarını müzakirə ediblər.

            Görüşdə BDU və QMU-nun müştərək tədqiqat layihələri ilə bağlı gələcək planları da müzakirə olunub. Elmi əməkdaşlığın genişləndirilməsi üçün birgə elmi tədqiqatların təşkili, ortaq simpozium və konfransların keçirilməsi qərarlaşdırılıb. Hər iki universitetin tədqiqat imkanlarını birləşdirməklə, elmin aktual sahələrində innovativ həllərin tapılması üçün vacib platforma yaratmağın əhəmiyyətindən bəhs olunub.

            Rektorlar tələbə və müəllim mübadiləsinin də əhəmiyyətini qeyd ediblər. Onlar mübadilə proqramlarının hər iki universitetin tələbələrinin beynəlxalq təcrübə qazanması, ümumi dünyagörüşlərinin genişlənməsi və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Rektorlar iki universitet arasında qarşılıqlı təhsil və elm layihələrinin həyata keçirilməsi üçün uyğun imkanların yaradılması və əməkdaşlıq sahəsində müxtəlif fəaliyyətlərin təşkili barədə də fikir mübadiləsi aparıblar.

            Bu görüş universitetlər arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirilir və Azərbaycan-Qazaxıstan elm və təhsil münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.

            BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
            BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025