BDU və Corc Vaşinqton Universitetinin Ali Təhsil və İnsan İnkişafı Məktəbi arasında niyyət protokolu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corc Vaşinqton Universitetinin Ali Təhsil və İnsan İnkişafı Məktəbi arasında niyyət protokolu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Corc Vaşinqton Universitetinin Ali Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Sevinc Məmmədova imzalayıb.
Protokolda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də niyyət protokolunda öz əksini tapıb.
Onu da qeyd edək ki, əsası 1821-ci ildə qoyulmuş Corc Vaşinqton Universiteti ABŞ-nin nüfuzlu universitetlərindən biridir və QS Dünya Universitetləri Reytinqində 358-ci yerdə qərarlaşıb.