BDU tələbəsi kapoeyra üzrə ölkə kubokunun qalibi olub

Bakı Dövlət Universitetinin ( BDU) Biologiya fakültəsinin IV kurs tələbəsi Xədicə Zeynallı Bakıda keçirilən kapoeyra üzrə ölkə kubokunda uğurlu nəticə əldə edib. Yarış Azərbaycan Kapoeyra Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunub.
Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən klublar və nümayəndəliklər iştirak edib, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında müxtəlif kateqoriyalar üzrə yarışlar keçirilib.
Yekun nəticələrə əsasən, Xədicə Zeynallı 16+ yaş peşəkar qrup üzrə birinci yerə layiq görülüb, həmçinin yarışın ən yaxşı qadın idmançısı kimi fərqlənib.