BDU tələbələri Yasamal rayonu üzrə keçirilən idman yarışlarının qalibidir

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş silsilə idman yarışlarında qalib olublar.
Belə ki, BDU-nun dama, stolüstü tennis, voleybol (oğlanlar) idman növləri üzrə tələbələrdən ibarət komandaları I, şahmat üzrə II, voleybol (qızlar) və basketbol komandaları isə III yeri qazanıblar.
Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!