BDU tələbələri Hərbi Qənimətlər Parkında

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) və “BDU könüllüləri” təşkilatının Kimya fakültəsi üzrə üzvləri tərəfindən tələbələr üçün Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib.
Tələbələr park ərazisində nümayiş etdirilən hərbi texnikalarla tanış olub, Azərbaycan Ordusunun Vətən müharibəsindəki qəhrəmanlıq nümunələri barədə ətraflı məlumat əldə ediblər. Bildirilib ki, burada Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən götürülən hərbi qənimətlərin bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri nümayiş olunur.
Ekskursiya tələbələrin tarixi hadisələri canlı eksponatlar vasitəsilə daha yaxından öyrənməsinə, Vətən müharibəsi və Azərbaycanın əldə etdiyi Zəfər haqqında biliklərini genişləndirməsinə imkan yaradıb.