BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU rektoru Çinin Anhui Universitetində təhsil alan Azərbaycandan olan tələbələrlə görüşüb

            BDU rektoru Çinin Anhui Universitetində təhsil alan Azərbaycandan olan tələbələrlə görüşüb

            BEYNƏLMİLƏLLƏŞMƏ 17 Dekabr 2025 13:39

            BDU rektoru Çinin Anhui Universitetində təhsil alan Azərbaycandan olan tələbələrlə görüşüb

            Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çinin Hefei şəhərinə səfəri çərçivəsində Anhui Universitetində təhsil alan BDU-dan və Azərbaycandan olan tələbələrlə görüşüb. Görüşdə həmçinin Anhui Universitetinin Beynəlxalq Təhsil Məktəbinin rəhbərliyi, o cümlədən dekanı Hu Jian da iştirak edib. Görüş zamanı tələbələrin beynəlxalq təhsil təcrübələri, elmi, təhsil və sosial fəaliyyəti, həmçinin gələcək karyera perspektivləri müzakirə olunub.

            Hazırda bir qrup BDU tələbəsi Anhui Universitetində ikili diplom çərçivəsində təhsil alır. Bu proqram BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə imzalanmış üçtərəfli müqavilə əsasında reallaşdırılır. Proqramın məqsədi Çin və Azərbaycan arasında təhsil mübadiləsini təşviq etmək, universitetlər arasında əməkdaşlığı gücləndirmək və Anhui Universitetinin Çin dili və ədəbiyyatı sahəsindəki üstünlüklərindən tam şəkildə yararlanmaqdır.

            Proqram çərçivəsində Çin dili ixtisası üzrə təhsil alan tələbələr birinci və ikinci kursu BDU-da tamamlayır, üçüncü və dördüncü kursda isə Anhui Universitetində təhsil alırlar. Həmçinin, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr beynəlxalq təhsil və mədəni mübadilə imkanlarından yararlanaraq, akademik biliklərini və praktik bacarıqlarını artırırlar.

            Görüşdə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu çərçivəsində Çində təhsil təcrübələrini zənginləşdirmək məqsədilə müxtəlif təqaüd proqramlarına cəlb olunmuş tələbə və dinləyicilər də iştirak ediblər.

            Rektor Elçin Babayev tələbələrin bu uğurlarını yüksək qiymətləndirərək, onların akademik və şəxsi karyera inkişaflarının BDU-nun strateji məqsədlərinə xidmət etdiyini qeyd edib. Anhui Universitetinin Beynəlxalq Təhsil Məktəbinin dekanı Hu Jian isə bildirib ki, tələbələrin akademik və şəxsi inkişafı yüksək səviyyədə dəstəklənir. Tələbələr də öz növbəsində görüş zamanı təhsil proqramlarının onlara verdiyi imkanları, yeni mədəniyyətləri tanımaq və akademik biliklərini genişləndirmək təcrübələrini paylaşıblar. Onlar BDU-ya və Anhui Universitetinə göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildirib və beynəlxalq təhsil təcrübələrinin şəxsi və peşəkar inkişaflarında böyük rol oynadığını vurğulayıblar.

            BDU rektoru Çinin Anhui Universitetində təhsil alan Azərbaycandan olan tələbələrlə görüşüb
            BDU rektoru Çinin Anhui Universitetində təhsil alan Azərbaycandan olan tələbələrlə görüşüb
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025