BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib

            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib

            SOSİAL 7 May 2025 12:56

            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadası keçirilib.

            Olimpiadanın keçirilməsində məqsəd "Hüquq" ixtisası üzrə təhsil alan tələbələrin nəzəri bilik və praktiki bacarıqlarını üzə çıxarmaq, onların hüquqi düşünmə və təhlil qabiliyyətlərini inkişaf etdirmək, hüquqşünas gənclər arasında sağlam rəqabət mühitinin formalaşmasına töhfə verməkdir.

            Tədbirdə 8 ali təhsil müəssisəsinin (BDU, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti) tələbələri iştirak ediblər. İştirakçılar hüququn müxtəlif sahələrinə dair nəzəri və praktik xarakterli sualları cavablandırıblar.

            Tədbirin açılış mərasimində BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Respublika Hüquq Olimpiadasının ilk dəfə 2024-cü ildə Hüquq fakültəsi tərəfindən təşkil olunduğunu, həmin olimpiadanın Heydər Əliyev Fondunun 20 illik yubileyi və Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunduğunu xatırladıb. O, 2025-ci ilin xüsusi önəm daşıdığını vurğulayaraq, olimpiadanın məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyi ərəfəsində keçirilməsinin əhəmiyyətini qeyd edib. Dekan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin qurucusu olduğunu diqqətə çatdırıb.

            Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov qalib, suveren ölkənin hüquqşünas gənclərinin üzərinə xüsusi məsuliyyət düşdüyünü xatırladıb: "Tələbələrə hər zaman müstəqilliyimizə, suverenliyimizə töhfə verməyi arzu edirəm. Çünki hüququn müxtəlif sahələrində, o cümlədən beynəlxalq hüquq sahəsində bu qələbimizi möhkəmləndirmək üçün mütəxəssislər lazımdır".

            Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov çıxışında prokurorluq orqanları ilə ali təhsil müəssisələri arasında uğurlu əməkdaşlığın tələbələr üçün yaratdığı imkanlardan bəhs edib, gənclərin prokurorluq sisteminə marağının artdığını bildirib.

            Azərbaycan Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov isə tələbələrin təşəbbüsü ilə gerçəkləşən layihələrin əhəmiyyətini vurğulayıb, Fondun gənclərin inkişafı və ictimai fəallığının təşviqi istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verib.

            Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxışında hüquq təhsili alan tələbələr arasında intellektual müsabiqələrin keçirilməsinin onların biliklərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini önə çəkib.

            Fakültənin Tələbə Gənclər Təşkilatının sədri Veysəl Mirzəzadə olimpiadanın formatı, mərhələləri və texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.

            Olimpiada iki mərhələdən ibarət olub. Münsiflər heyətinin qərarına əsasən, I yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, II yerə Dövlət Gömrük Komitəsinin Akademiyası, III yerə isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbələri layiq görülüblər. Olimpiadanın keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, eləcə də tərəfdaş qurumlar – "BM Morrison Partners" hüquq şirkəti, “De Fendo” vəkil bürosu, “Mirzəyev və partnyorları” vəkil bürosu və “Ekvita” hüquq şirkətinə təşəkkür elan olunub.

            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib
            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib
            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib
            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib
            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib
            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib
            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib
            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib
            BDU-nun təşkilatçılığı ilə Respublika Hüquq Olimpiadası keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025