BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə regional inkişafda elmin roluna dair paneldə çıxış edib

            BDU-nun rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə regional inkişafda elmin roluna dair paneldə çıxış edib

            BEYNƏLMİLƏLLƏŞMƏ 24 Sentyabr 2025 16:51

            BDU-nun rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə regional inkişafda elmin roluna dair paneldə çıxış edib

            Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakıda keçirilən “Times Higher Education (THE) Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Avrasiya universitetləri elmi regional inkişafın mühərrikinə necə çevirə bilər?” mövzusunda keçirilən panelin spikerlərindən biri qismində çıxış edib.

            Sammitin ümumi mövzusu olan “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” çərçivəsində təşkil edilən paneldə elmin və innovasiyaların dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin qurulmasında oynadığı həlledici rolu müzakirə edilib.

            Çıxışında BDU-nun rektoru Universitetin elmi tədqiqat strategiyasını regional və milli inkişaf prioritetlərinə uyğunlaşdırmaq istiqamətində atdığı addımları diqqətə çatdırıb. O qeyd edib ki, elmi nəticələrin praktik həllərə çevrilməsi, o cümlədən iqlim dəyişikliyi, ictimai sağlamlıq, texnoloji dəyişikliklər və sosial-iqtisadi bərabərsizlik kimi qlobal problemlərə cavab verilməsi Universitetin əsas hədəflərindəndir. Bununla yanaşı, o, regional tərəfdaşlıqların gücləndirilməsinin, universitetlər arasında beynəlxalq əməkdaşlığın innovasiya və potensialın artırılmasında mühüm rol oynadığını vurğulayıb. Rektor həmçinin tələbə-tədqiqatçıların təşəbbüslərinin dəstəklənməsinin onların Avrasiyanın bilik iqtisadiyyatında transmilli tədqiqatçılar kimi formalaşmasına şərait yaratdığını bildirib. O əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq təhsil və elmdə davamlılığın təşviqi də BDU-nun fəaliyyətində prioritet istiqamətlərdən biridir.

            Rektor həmçinin vurğulayıb ki, BDU-nun beynəlxalq elmi əməkdaşlıqlarda və qlobal akademik şəbəkələrdə fəal iştirakı Azərbaycanın elm, təhsil və innovasiya mərkəzi kimi mövqeyini gücləndirir.

            Paneldə həmçinin Qazaxıstanın Nazarbayev Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri uğurlu elmi inkişaf modellərini təqdim ediblər. Müzakirələrdə tədqiqatların praktik, miqyaslana bilən həllərə çevrilməsi və regional tərəqqiyə birbaşa töhfə verməsinin vacibliyi vurğulanıb.

            BDU-nun bu nüfuzlu sammitdə həm stendlə təmsil olunması, həm də rektorun panel spikeri kimi iştirakı Universitetin beynəlxalq nüfuzunun artması, Avrasiya ali təhsil məkanında lider mövqeyinin güclənməsi və elmin regional sosial-iqtisadi inkişafa töhfəsinin daha da genişlənməsi istiqamətində mühüm addımdır.

            BDU-nun rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə regional inkişafda elmin roluna dair paneldə çıxış edib
            BDU-nun rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə regional inkişafda elmin roluna dair paneldə çıxış edib
            BDU-nun rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə regional inkişafda elmin roluna dair paneldə çıxış edib
            BDU-nun rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə regional inkişafda elmin roluna dair paneldə çıxış edib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025