BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Kimya fakültəsində Xocalı soyqırımı qurbanları anılıb

            BDU-nun Kimya fakültəsində Xocalı soyqırımı qurbanları anılıb

            SOSİAL 23 Fevral 2024 14:53

            BDU-nun Kimya fakültəsində Xocalı soyqırımı qurbanları anılıb

            Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Əsrin faciəsi” adlı tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub. Bu cinayət Ermənistanın məqsədli və düşünülmüş şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Dekan müavini qeyd edib ki, Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin qisası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində və 19 sentyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı alınıb, Azərbaycan öz suverenliyini bərpa edib.

            Yüksək molekullu birləşmələr kimyası kafedrasının dosenti  Elgün Abdullayeva çıxışı zamanı Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğunu bildirib. O qeyd edib ki, Xocalı soyqırımının daha geniş miqyasda tanıdılması hər bir azərbaycanlının müqəddəs borcudur.

            Fakültənin I kurs tələbəsi Elmir Məmmədovun moderatorluğu ilə davam edən tədbirdə bildirilib ki, Xocalı soyqırımı zamanı 613 vətəndaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülərək işgəncələrə məruz qalıb.

            Fakültənin tələbələri Nəsibə  Məmmədova, Nəzrin Ağazadə və Alim Məmmədov vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Daha sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltmasını əks etdirən videoçarx nümayiş etdirilib.

            BDU-nun Kimya fakültəsində Xocalı soyqırımı qurbanları anılıb
            BDU-nun Kimya fakültəsində Xocalı soyqırımı qurbanları anılıb
            BDU-nun Kimya fakültəsində Xocalı soyqırımı qurbanları anılıb
            BDU-nun Kimya fakültəsində Xocalı soyqırımı qurbanları anılıb
            BDU-nun Kimya fakültəsində Xocalı soyqırımı qurbanları anılıb
            BDU-nun Kimya fakültəsində Xocalı soyqırımı qurbanları anılıb
            SOSİAL

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025