BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun İsrailin Holon Texnologiya İnstitutunda təhsil alan tələbələrinin “AI Sprint” hakatonunda uğuru

            BDU-nun İsrailin Holon Texnologiya İnstitutunda təhsil alan tələbələrinin “AI Sprint” hakatonunda uğuru

            BEYNƏLMİLƏLLƏŞMƏ 14 Noyabr 2025 15:34

            BDU-nun İsrailin Holon Texnologiya İnstitutunda təhsil alan tələbələrinin “AI Sprint” hakatonunda uğuru

            Bakı Dövlət Universitetinin (BDU) ikili diplom proqramı çərçivəsində İsrailin Holon Texnologiya İnstitutunda (HIT) təhsil alan tələbələri Bəxtiyar Novruzov, Namiq Abdullayev və Əli Vəliyev israilli tələbələrlə birlikdə “AI Sprint” hakatonunda iştirak ediblər. Hakatonun əsas mövzuları “Zamanın idarə edilməsi”, “Kampusda sosial həyat”, “Effektiv və səmərəli öyrənmə” olub.

            Bu mövzular əsasında komandaya tələbələrin universitet daxilində həm akademik fəaliyyətlərini, həm də sosial həyatlarını yaxşılaşdırmağa yönəlmiş innovativ bir veb platforma hazırlamaq tapşırığı verilib.

            BDU tələbələrinin həmmüəllifliyi ilə layihə “React Native” platformasında hazırlanıb və Münsiflər heyətinə təqdim edilib. Hazırlanmış sistem tələbələrin dərs öyrənmə prosesini daha effektiv və səmərəli təşkil etməsinə, kampusdakı sosial imkanlara daha rahat şəkildə qoşulmasına xidmət edib. Yüksək dəyərləndirilən layihə hakatonda II yerə layiq görülüb, komanda üzvlərinin hər biri 750 NIS (yeni İsrail şekeli) məbləğində mükafatla təltif edilib.

            Hakatonda iştirak tələbələrə yalnız texniki bacarıqlar deyil, beynəlxalq komanda ilə əməkdaşlıq, dizayn düşüncəsi və sürətli prototipləşdirmə üzrə də əhəmiyyətli təcrübə qazandırıb.

            Qeyd edək ki, BDU və Holon Texnologiya İnstitutunun “Kompüter elmləri” ixtisası üzrə bakalavr pilləsində ikili diplom proqramının icrasına 2020/2021-ci tədris ilinin yaz semestrindən başlanılıb.

            BDU-nun İsrailin Holon Texnologiya İnstitutunda təhsil alan tələbələrinin “AI Sprint” hakatonunda uğuru
            BDU-nun İsrailin Holon Texnologiya İnstitutunda təhsil alan tələbələrinin “AI Sprint” hakatonunda uğuru
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025