BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları

            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları

            SOSİAL 31 Avqust 2026 13:26

            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları

            Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” (AIMC) şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, “AT-Geotech” MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi çərçivəsində təlim sessiyaları olub.

            "Azərbaycanın geoloji sərvətləri: Potensial və mövcud imkanlar" adlı panel müzakirədə "AzGeo" müəssisəsinin nümayəndəsi Ağamahmud Səmədov, "AA" MMC-nin nümayəndəsi Zaur Abdullayev, AIMC şirkətinin mütəxəssisi Xanoğlan Əlirzayev, "ATGeotex" şirkətinin nümayəndəsi Nicat Hacıyev və AIMC-nin Dağ-mədən geologiyası departamentinin rəhbəri Samir Mürsəlov çıxış ediblər. Mütəxəssislər Şimal regionunun faydalı qazıntı potensialı, inzibati rayonlar üzrə yataqların paylanması dinamikası və metallogenik xüsusiyyətlərinə dair geniş elmi-analitik məlumat təqdim ediblər.

            BDU-nun Coğrafiya fakültəsinin dosenti Vüqar Dərgahov geositlərin öyrənilməsi, Azərbaycan ərazisində onların məkan analizi əsasında geoparkların təşkili və geoturizm potensialının qiymətləndirilməsi mövzusunda çıxış edib.

            ​“Mədənçilikdə ekoloji idarəetmə, rekultivasiya və ərazinin reabilitasiyası” mövzusunda keçirilən təlimdə “C.Q.A International Ltd” şirkətinin Azərbaycandakı filialının direktoru Endryu David Hall və direktor müavini Nüsrət Kərimov mədənçıxarma fəaliyyətindən sonra torpaqların bərpası prinsiplərini təqdim ediblər. Məruzəçilər bildiriblər ki, istismardan çıxarılmış ərazilərin ilkin təbii vəziyyətinə (məsələn, otlaq sahələrinə) qaytarılması torpaq qatının antropogen deformasiyası səbəbindən hər zaman mümkün olmur.

            AIMC şirkətinin keyfiyyətə nəzarət üzrə aparıcı mühəndisi Səbuhi Məmmədov geologiyanı tibb sahəsi ilə müqayisəli təhlil edib. O bildirib ki, yerşünaslıq daimi təkamüldə olan sahədir və peşəkar geoloqun fəaliyyəti təcrübəli həkimin yanaşması ilə birbaşa paralellik təşkil edir.

            ​AIMC şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri Samir Mürsəlov müstəqillik dövründən ehtibarən ölkə geologiyasında böyük irəliləyişlərin əldə olunduğunu bildirib.

            ​"CM-Tech" şirkətinin CEO-su Nəsir Abdullayev müəssisənin yerli geoloji-kəşfiyyat sahəsinə inteqrasiya etdiyi müasir cihaz və avadanlıq komplekslərinin iş prinsipi, məlumatların avtomatlaşdırılmış toplanması mexanizmləri və texniki təhlükəsizlik standartları barədə məruzə edib. "CM-Tech" şirkətinin direktoru Rəşad Əliyev müəssisənin geoloji-kəşfiyyat sahəsindəki praktiki təcrübəsindən və icra olunan strateji layihələrdən bəhs edib.

            BDU-nun Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının baş müəllimi Allahverdi Tağıyev müasir geoloji tədqiqatlarda rəqəmsal texnologiyaların roluna toxunub. O diqqətə çatdırıb ki, mühəndis-geoloji və hidrogeoloji proqram təminatları ilə yanaşı, süni intellekt alqoritmlərindən istifadə dəqiq analitik proqnozlar verməyə imkan yaradır.

            ​AIMC şirkətinin mədən geoloqu Xanoğlan Hüseynov qazma işlərinin metodoloji xüsusiyyətlərini izah edərək bildirib ki, kəşfiyyat və istismar məqsədilə quyuların qazılması prosesi hər bir ərazinin özünəməxsus geoloji-tektonik quruluşuna, süxur xassələrinə və resurs potensialına uyğun olaraq fərdi analitik yanaşma tələb edir.

            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
            BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
            SOSİAL

            Son XƏBƏRLƏR

            01.09.2026 | 11:04

            BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq

            31.08.2026 | 00:00

            Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

            31.08.2026 | 14:37

            “GeoCamp” Tələbə yay düşərgəsinin bağlanış mərasimi keçirilib

            31.08.2026 | 12:37

            BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb

            31.08.2026 | 10:53

            “GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025