BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun gənc tədqiqatçısı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

            BDU-nun gənc tədqiqatçısı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

            ELM 22 İyun 2026 16:13

            BDU-nun gənc tədqiqatçısı  Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

            Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin doktorantı Əli Bağırlı elmi-tədqiqat mövzusu çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Regional Təcrübə Stansiyasında növbəti sahə tədqiqatları həyata keçirib.
            Tədqiqatlar doktorantın “Suvarma şəraitində buğda bitkisi altında tətbiq edilən mineral gübrələrin ekoloji əsasları” mövzusunda apardığı dissertasiya işinin əsas istiqamətlərini əhatə edir. Araşdırmaların məqsədi suvarma şəraitində becərilən buğda aqroekosistemlərində mineral gübrələrin torpaq-bitki-su sisteminə təsirinin qiymətləndirilməsi, aqroekoloji proseslərin öyrənilməsi və əldə olunan nəticələrin elmi əsaslarla təhlil edilməsidir.
            Sahə işləri çərçivəsində təcrübə sahələrində torpaq kəsimləri qoyulub, müxtəlif dərinliklərdən torpaq nümunələri götürülərək analizlər üçün hazırlanıb. Aparılan tədqiqatlar torpağın aqrokimyəvi xüsusiyyətlərinin, münbitlik göstəricilərinin və qida elementlərinin miqdarının müəyyənləşdirilməsinə, həmçinin mineral gübrələrin tətbiqindən sonra torpaqda baş verən dəyişikliklərin öyrənilməsinə imkan verir. Torpaq profillərinin tədqiqi əsasında ərazinin torpaqəmələgəlmə xüsusiyyətləri və ekoloji vəziyyəti qiymətləndirilib.
            Tədqiqatların mühüm istiqamətlərindən biri də ərazidə mövcud olan biosenozlar və aqrosenozların müqayisəli şəkildə öyrənilməsi olub. Bu məqsədlə təbii ekosistemlər və kənd təsərrüfatı sahələrinin bioloji müxtəlifliyi, növ tərkibi və ekoloji xüsusiyyətləri araşdırılıb, onların antropogen təsirlərə reaksiyaları qiymətləndirilib.
            Sahə işləri zamanı buğda bitkilərindən də nümunələr toplanaraq laborator analizlər üçün hazırlanıb. Bitki nümunələrinin tədqiqi nəticəsində qida elementlərinin mənimsənilməsi səviyyəsi, bitkilərin inkişaf göstəriciləri və mineral gübrələrin məhsuldarlığa təsiri müəyyən ediləcək.
            Toplanmış torpaq, bitki və su nümunələri əsasında əldə olunacaq nəticələrin mineral gübrələrin ekoloji baxımdan səmərəli tətbiqi, torpaq münbitliyinin qorunması, kənd təsərrüfatında resurslardan dayanıqlı istifadə və ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində mühüm elmi əhəmiyyət daşıdığı vurğulanıb.

            BDU-nun gənc tədqiqatçısı  Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır
            ELM

            Son XƏBƏRLƏR

            23.06.2026 | 16:42

            BDU-da bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsiri müzakirə olunub

            23.06.2026 | 16:35

            BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

            23.06.2026 | 16:11

            BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

            23.06.2026 | 14:37

            BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

            22.06.2026 | 14:42

            BDU-da “Asılılıqdan azadlığa” mövzusunda elmi-praktik seminar

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025