BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Fizika fakültəsində 4 yeni ixtisaslaşma açılacaq

            BDU-nun Fizika fakültəsində 4 yeni ixtisaslaşma açılacaq

            ELM 1 İyul 2026 12:51

            BDU-nun Fizika fakültəsində 4 yeni ixtisaslaşma açılacaq

            2026/2027-ci tədris ilindən etibarən Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində magistratura səviyyəsində ilk dəfə olaraq “Mikroelektronika və nanoelektronika”, “Fotonika və optika”, “Plazma fizikası və texnologiyası” və “Polimerlər fizikası” ixtisaslaşmaları üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçiriləcək.

            Müasir dövrdə mikroelektronika, fotonika, plazma texnologiyaları, materialşünaslıq və digər yüksək texnologiya sahələrinin sürətli inkişafı, innovativ istehsalın genişlənməsi və elmi-tədqiqat fəaliyyətinin intensivləşməsi bu istiqamətlər üzrə peşəkar mütəxəssislərə olan tələbatı artırır. Bu baxımdan BDU-nun Fizika fakültəsində yeni ixtisaslaşmaların açılması həm ölkənin elmi potensialının gücləndirilməsi, həm də əmək bazarının müasir tələblərinə cavab verən kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

            “Mikroelektronika və nanoelektronika” ixtisaslaşması yarımkeçirici materiallar, mikro- və nanoölçülü elektron qurğuların fiziki əsasları, inteqral sxemlər texnologiyası, nanomateriallar və sensor sistemləri üzrə nəzəri və praktik biliklərin formalaşdırılmasına yönəlib. Magistrantlar müasir laboratoriyalarda elmi-tədqiqat aparmaq, elektron qurğuların layihələndirilməsi və xarakteristikalarının öyrənilməsi üzrə peşəkar bacarıqlar əldə edəcəklər.

            “Fotonika və optika” ixtisaslaşması işıq hadisələrinin və fotonik sistemlərin fiziki əsaslarını, lazer fizikası, kvant və qeyri-xətti optika, lifli optika, optoelektronika, nanofotonika və spektroskopiya istiqamətlərini əhatə edir. Təhsil proqramı çərçivəsində tələbələr müasir optik və fotonik texnologiyalarla işləmək, eksperimental tədqiqatlar aparmaq və innovativ layihələrdə iştirak etmək imkanı qazanacaqlar.

            “Plazma fizikası və texnologiyası” ixtisaslaşması müxtəlif plazma mühitlərinin yaradılması, idarə olunması və tətbiqi sahəsində nəzəri və praktik hazırlığı nəzərdə tutur. Magistrantlar plazma sistemlərinin fiziki xüsusiyyətləri, elektron və ion prosesləri, plazma parametrlərinin müəyyənləşdirilməsi metodları və müasir plazma texnologiyaları üzrə bilik və bacarıqlara yiyələnəcəklər.

            “Polimerlər fizikası” ixtisaslaşması isə polimer materialların quruluşu və fiziki xassələri, kompozit və nanokompozit materiallar, funksional materiallar və onların müasir tətbiq sahələrinin öyrənilməsinə yönəlib. Təhsil müddətində tələbələr polimer materialların tədqiqi, xarakteristikalarının müəyyənləşdirilməsi və innovativ materialların hazırlanması istiqamətində praktik təcrübə qazanacaqlar.

            Tədris prosesində magistrantlara müasir laboratoriya avadanlıqları ilə işləmək, eksperimental tədqiqatlar aparmaq, elmi metodlardan istifadə etmək və beynəlxalq elmi təcrübəyə əsaslanan innovativ yanaşmaları mənimsəmək imkanı yaradılacaq.

            Yeni ixtisaslaşmalar üzrə məzunlar elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, elektronika və yarımkeçirici sənayesi müəssisələri, yüksək texnologiyalar parkları,  telekommunikasiya və informasiya texnologiyaları sektoru, optika və materialşünaslıq sənayesi, neft-kimya müəssisələri, innovasiya mərkəzləri, eləcə də digər dövlət və özəl qurumlarda peşəkar fəaliyyət göstərə biləcəklər.

            Fizika fakültəsində yeni ixtisaslaşmalar üzrə magistr hazırlığı ölkədə yüksək texnologiyaların inkişafına, innovativ elmi tədqiqatların genişləndirilməsinə, sənayenin müasir tələblərinə cavab verən kadr potensialının formalaşdırılmasına və beynəlxalq standartlara uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.

            ELM

            Son XƏBƏRLƏR

            01.07.2026 | 13:21

            BDU-da yeni ixtisaslaşma: “İnformasiya fəaliyyətində bibliometrik texnologiyalar”

            01.07.2026 | 11:55

            BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

            01.07.2026 | 11:26

            BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

            01.07.2026 | 11:12

            BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

            30.06.2026 | 17:27

            Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025