BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Filologiya fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyinə həsr olunmuş elmi seminar keçirilib

            BDU-nun Filologiya fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyinə həsr olunmuş elmi seminar keçirilib

            28 Aprel 2021 14:40

            BDU-nun Filologiya fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyinə həsr olunmuş elmi seminar keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 115 illiyinə həsr olunmuş onlayn elmi seminar keçirilib. Kafedranın əməkdaşı Aygün Zəkiyevanın moderatorluğu ilə keçirilən tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə XX əsrin əvvəllərində türk-islam coğrafiyasının aparıcı mətbu orqanı “Molla Nəsrəddin” jurnalının 115 illik yubileyinə həsr olunmuş seminarın keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb, məruzəçilərə uğurlar arzulayıb.

            Azərbaycan ədəbiyyatı tarixi kafedranın dosenti Jalə Hüseynova “Molla Nəsrəddin” necə yarandı?” adlı məruzəsində dövrün ictimai-siyasi və ədəbi-mədəni mühitindən,  jurnalın meydana gəlməsini şərtləndirən əsas faktorlardan, dərginin strukturu və janr-üslub məsələlərindən, mövzu dairəsindən və tənqid hədəflərindən danışıb. Qeyd edib ki, “Molla Nəsrəddin” Azərbaycan tarixinin ən mürəkkəb mərhələsində - 1905-1907-ci illər xalq inqilabı dövründə yaranıb. Və dövrün mənzərəsini düzgün təhlil edən Mirzə Cəlil ötən yüzilliyin əvvəllərində başlanan milli intibahın belə bir jurnala ehtiyacı olduğunu anlayaraq öz təşəbbüsünü həyata keçirməyə müvəffəq olub.

            “Milli mətbuatımızın Molla Nəsrəddin zirvəsi” adlı məruzə ilə çıxış edən professor Yeganə İsmayılova Cəlil Məmmədquluzadənin publisistik yaradıcılığı haqqında məlumat verib, xüsusilə “Molla Nəsrəddin” jurnalının mətbuat tariximizdəki rolundan bəhs edib. Bildirib ki, “Molla Nəsrəddin” ədəbi məktəbi Cəlil Məmmədquluzadənin ideya-təşkilatçılıq fəaliyyətinin nəticəsi kimi meydana çıxmış, formalaşmış yeni tipli yaradıcılıq istiqamətidir. Bu istiqamət Azərbaycan mollanəsrəddinçilərinin konkret tarixi şəraitdə qoşulduqları mütəşəkkil yaradıcılıq məktəbidir.

            Dosent Məti Osmanoğlu “Molla Nəsrəddin” jurnalı və ana dili məsələsi” adlı məruzəsində XX əsrin əvvəllərində görkəmli ziyalıların ədəbi dillə bağlı görüşlərindən, xüsusilə Ə.Hüseynzadənin ümumtürk ədəbi dili məsələsi haqqındakı fikirlərindən, həmin mürəkkəb dövrdə “Molla Nəsrəddin” jurnalının ədəbi dilin inkişafı ilə bağlı gördüyü mühüm işlərdən söz açıb. Natiq qeyd edib ki, jurnal 25 illik zaman kəsiyində dilimizlə bağlı onlarla yazı dərc edərək Azərbaycan dilinin saflığının qorunması problemini həmişə ön plana çəkmiş və bu istiqamətdə öz missiyasını uğurla gerçəkləşdirmişdir.

            Sonda Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxış edərək, “Molla Nəsrəddin” jurnalının Azərbaycan ədəbiyyatı və mətbuatı tarixindəki yerindən, Azərbaycan ədəbi-estetik fikrinin inkişafına verdiyi misilsiz töhfələrdən, xalqımızın milli-mənəvi oyanışındakı rolundan, dərginin mövzu dairəsinin müasir dövrdə də aktuallıq kəsb etməsindən danışıb, seminarın təşkilatçılarına və məruzəçilərə təşəkkürünü bildirib.

            Tədbirdə kafedranın magistrantları - Xədicə Gülüyeva C.Məmmədquluzadənin “Ziyarət”, Röya İbrahimova isə “Qız uşağı” felyetonunu səsləndirib.

            BDU-nun Filologiya fakültəsində “Molla Nəsrəddin” jurnalının 115 illiyinə həsr olunmuş elmi seminar keçirilib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025