BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib

            BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib

            ELM 30 Aprel 2026 17:37

            BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayevanın təşəbbüsü ilə “Xəzər” Muzey Mərkəzində elmi seminar təşkil olunub.

            Tədbir BDU-nun Ədəbiyyat tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” adlı kitabına həsr olunub. Müzakirələr zamanı əsər “köhnə mövzuya yeni baxış” kontekstində təhlil edilib.

            Tədbirdə muzeyin yaradıcısı Səyavuş Əlizadə mərkəzin fəaliyyəti və burada nümayiş etdirilən zəngin eksponatlar haqqında ətraflı məlumat verib. Seminarda kafedranın dosenti Lalə Əfəndiyeva mövzunun aktuallığından bəhs edib, müzakirələrin elmi əhəmiyyətini vurğulayıb.  Qeyd olunub ki, kitabda Azərbaycanda uzun müddət “şeir oğrusu” kimi təqdim edilən alman şairi və alimi Fridrix Martin fon Bodenştedtin şəxsiyyəti və yaradıcılığına fərqli prizmadan yanaşılır. Müəllif onun fəaliyyətinin Azərbaycan tarixi və ədəbiyyatı baxımından az öyrənilmiş tərəflərini üzə çıxarır. Bildirilib ki, əsər Bodenştedtin indiyədək diqqətdən kənarda qalmış mətnləri əsasında XIX əsrdə Rusiya imperiyasının Qafqazda apardığı işğalçılıq siyasətinin mahiyyəti barədə geniş təsəvvür yaradır. Bu baxımdan kitab yalnız ədəbi faktların deyil, həm də tarixi gerçəkliklərin yeni interpretasiyası kimi dəyərləndirilib.

            Seminarda çıxış edən müəllif Məti Osmanoğlu Bodenştedtin “Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi”, “Şərqdə min bir gün”, “Ləzgi qızı Ada”, “Ömrümdən xatirələr” kimi əsərlərinə diqqət çəkərək bu mətnlərin XIX əsr Qafqazında baş verən ictimai-siyasi və mədəni proseslərdə Azərbaycanın yerinin Avropa oxucusuna çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, bu əsərlərin tarixi və filoloji baxımdan yenidən araşdırılmasının aktuallığını qeyd edib və iştirakçıların suallarını cavablandırıb.

            Sonda professor Ədibə Paşayeva kitabın Azərbaycan elmi üçün əhəmiyyətini vurğulayaraq bu cür nəşrlərin elmi mühitdə yeni müzakirələrə yol açdığını bildirib. O qeyd edib ki, dəyərli əsərlər zamanın sınağından çıxaraq öz aktuallığını qoruyur.

            BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib
            BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib
            BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib
            BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib
            BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib
            BDU-nun dosenti Məti Osmanoğlunun “Bodenştedt oğdurumu, doğrudurmu?” kitabının elmi müzakirəsi keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            30.04.2026 | 17:52

            BDU-nun nəzdində "Gənc istedadlar" liseyində "Heydər Əliyev irsinin təbliği" mövzusunda tədbir

            30.04.2026 | 17:26

            BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu”nun açılış mərasimi

            30.04.2026 | 17:25

            BDU-da "Professor Nəsir İmanquliyev dərsləri": Əməkdar jurnalist Elçin Şıxlı ilə görüş

            30.04.2026 | 15:22

            Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov BDU-da ustad dərsi keçib

            30.04.2026 | 15:02

            BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025