BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Coğrafiya fakültəsində yeni “İqlim dəyişmələrinə adaptasiya” ixtisaslaşması açılır

            BDU-nun Coğrafiya fakültəsində yeni “İqlim dəyişmələrinə adaptasiya” ixtisaslaşması açılır

            ELM 30 İyun 2026 17:24

            BDU-nun Coğrafiya fakültəsində yeni “İqlim dəyişmələrinə adaptasiya” ixtisaslaşması açılır

            2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “İqlim dəyişmələrinə adaptasiya” ixtisaslaşması açılacaq.

            İqlim dəyişmələrinə adaptasiya iqlim dəyişikliklərinin ətraf mühitə, iqtisadiyyata və cəmiyyətə təsirlərinin qiymətləndirilməsi, bu təsirlərin azaldılması və dəyişən iqlim şəraitinə uyğunlaşma mexanizmlərinin öyrənilməsini əhatə edən müasir və multidissiplinar istiqamətdir. Son illərdə qlobal iqlim dəyişikliklərinin yaratdığı çağırışlar, dayanıqlı inkişaf prioritetlərinin genişlənməsi və iqlim risklərinin idarə olunmasına artan tələbat bu sahədə peşəkar mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan BDU-da “İqlim dəyişmələrinə adaptasiya” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.

            Müasir dövrdə su qıtlığı, quraqlıq, istilik dalğaları, ekstremal hava hadisələri və digər iqlim risklərinin intensivləşməsi müxtəlif sahələrdə uyğunlaşma tədbirlərinin hazırlanmasını tələb edir. Yeni ixtisaslaşma iqlim dəyişikliklərinin təsirlərinin elmi əsaslarla öyrənilməsi, adaptasiya strategiyalarının hazırlanması, təbii resursların səmərəli idarə olunması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi istiqamətində yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edəcək.

            BDU-nun Coğrafiya fakültəsi “İqlim dəyişmələrinə adaptasiya” istiqamətində magistr hazırlığının həyata keçirilməsi üçün müasir elmi və pedaqoji potensiala malikdir. İxtisaslaşma çərçivəsində magistrantlar iqlim risklərinin qiymətləndirilməsi, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatında adaptasiya tədbirləri, ekosistemlərin qorunması, şəhərsalma və iqlimə davamlı planlaşdırma, təbii fəlakətlərin idarə olunması, coğrafi informasiya sistemləri (CİS) texnologiyalarının tətbiqi, iqlim siyasəti və dayanıqlı inkişaf istiqamətləri üzrə nəzəri bilik və praktik bacarıqlara yiyələnəcəklər.

            Tədris prosesində müasir iqlim modelləri, coğrafi informasiya sistemləri və məsafədən zondlama texnologiyaları, beynəlxalq iqlim siyasəti sənədləri, adaptasiya strategiyaları, həmçinin milli və beynəlxalq təcrübə əsasında hazırlanmış metodologiyalar tələbələrə nəzəri və praktiki aspektlərdə öyrədiləcək.

            “İqlim dəyişmələrinə adaptasiya” üzrə magistr hazırlığı ölkədə iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlığın artırılmasına, ekoloji təhlükəsizliyin təmin olunmasına, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə və bu sahədə peşəkar mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək. İxtisaslaşma üzrə məzunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, aidiyyəti dövlət agentliklərində, ekoloji və mühəndislik şirkətlərində, enerji və kənd təsərrüfatı sektorunda, eləcə də elmi-tədqiqat və ali təhsil müəssisələrində uğurla fəaliyyət göstərə biləcəklər.

            ELM

            Son XƏBƏRLƏR

            01.07.2026 | 13:21

            BDU-da yeni ixtisaslaşma: “İnformasiya fəaliyyətində bibliometrik texnologiyalar”

            01.07.2026 | 12:51

            BDU-nun Fizika fakültəsində 4 yeni ixtisaslaşma açılacaq

            01.07.2026 | 11:55

            BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

            01.07.2026 | 11:26

            BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

            01.07.2026 | 11:12

            BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025