BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

            BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

            ELM 4 Avqust 2026 14:15

            BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

            “Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarında 2026-cı il avqustun 13-də Yerin qravitasiya qüvvəsinin müvəqqəti olaraq (7 saniyəlik) yox olacağı, insanların isə qısa müddət ərzində çəkisizlik vəziyyəti yaşayacağı barədə müxtəlif iddialar yayılır. Bu məlumatların heç bir elmi əsası yoxdur və onlar müasir fizikanın fundamental qanunlarına tamamilə ziddir”.

            Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, Yerin cazibə qüvvəsi onun kütləsi ilə müəyyən olunur. Nyutonun Ümumdünya cazibə qanununa əsasən, Yerin cazibə qüvvəsi onun kütləsi və radiusu ilə müəyyən edilir. Qravitasiya qüvvəsinin qəfil yox olması yalnız Yerin kütləsinin birdən-birə yox olması və ya təbiətin fundamental qanunlarının dəyişməsi kimi fiziki cəhətdən mümkün olmayan hadisələr nəticəsində baş verə bilər. Hazırda belə bir hadisənin baş verəcəyini göstərən heç bir elmi əsas yoxdur.

            Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda bu hadisənin səbəbi kimi qravitasiya dalğaları və ya qara dəliklərin toqquşması göstərilir. Əslində isə qravitasiya dalğaları fəza-zamanda son dərəcə kiçik dəyişikliklər yaradır və onların Yer səthində insanların hiss edə biləcəyi və ya Yerin cazibə qüvvəsini dəyişdirə biləcəyi təsiri yoxdur: “Bəzi paylaşımlarda adı çəkilən, guya NASA tərəfindən hazırlanmış "Project Anchor" adlı hesabat da rəsmi elmi sənəd deyil və etibarlı elmi mənbələr tərəfindən təsdiqlənməyib.

            Həmin tarixdə əslində hansı astronomik hadisələr baş verəcək?

            •    Perseid meteor yağışının maksimumu - 13 avqust tarixində müşahidə olunacaq. Bu, ilin ən zəngin meteor yağışlarından biridir və Bakıdan da əlverişli şəraitdə izlənilə bilər. 

            •    12 avqust tarixində tam Günəş tutulması baş verəcək. Tam tutulma əsasən Qrenlandiya, İslandiya və İspaniyanın şimal hissəsindən görünəcək. Azərbaycandan isə müşahidə olunmayacaq. 

            Bu hadisələrin heç biri Yerin qravitasiya sahəsinə təsir göstərmir. İnsanlara astronomiya ilə bağlı məlumatları yalnız rəsmi elmi təşkilatların, rəsədxanaların və etibarlı beynəlxalq elmi qurumların açıqlamalarına əsasən izləmək tövsiyə olunur. Astronomik hadisələr maraqlı və möhtəşəm olsa da, onların ətrafında yayılan sensasiya xarakterli, lakin elmi əsası olmayan məlumatlara tənqidi yanaşmaq vacibdir.

            13 avqust 2026-cı ildə Yerin qravitasiya qüvvəsinin yox olması və ya insanların çəkisizlik vəziyyəti yaşaması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Yer öz adi fiziki rejimində fəaliyyətini davam etdirəcək və planetimizin cazibə qüvvəsində heç bir dəyişiklik baş verməyəcək”.

            ELM

            Son XƏBƏRLƏR

            04.08.2026 | 14:36

            BDU-da “Açıq qapı” günləri davam edir

            04.08.2026 | 11:47

            BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

            03.08.2026 | 16:28

            Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

            03.08.2026 | 13:42

            Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

            03.08.2026 | 10:02

            2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025