BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

            BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

            ELM 29 İyun 2026 11:00

            BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

            Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının iştirak etdiyi “Böyük Qafqazın Qədim İstehkamlarının Atlası” adlı beynəlxalq elmi layihə Böyük Britaniyanın nüfuzlu Leverhulme Trust Fondunun qrant müsabiqəsində qalib gəlib.
            Ümumi büdcəsi 1 milyon 100 min manat təşkil edən layihə Edinburq Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Tədqiqat Böyük Qafqazın Azərbaycan və Gürcüstan ərazilərində yerləşən qədim müdafiə istehkamlarının sistemli şəkildə öyrənilməsi, rəqəmsal sənədləşdirilməsini və vahid elmi atlasda təqdim olunmasını nəzərdə tutur.
            Layihədə BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov Azərbaycan üzrə işlərin koordinatoru kimi təmsil olunur. Mərkəzin elmi işçisi, Prezident mükafatçısı Mircavid Ağalarov isə layihənin əsas tədqiqatçılarındandır.
            Layihə çərçivəsində Azərbaycan və Gürcüstan arxeoloqlarının birgə iştirakı ilə hər iki ölkədə yerləşən qala, sədd, qüllə və digər müdafiə xarakterli arxeoloji abidələr tədqiq ediləcək. Abidələrə dair arxeoloji, tarixi və coğrafi məlumatlar toplanacaq, onların yerləşməsi və memarlıq xüsusiyyətləri dəqiqləşdiriləcək, müasir rəqəmsal xəritələşdirmə və sənədləşdirmə metodları tətbiq olunacaq.
            Tədqiqatın nəticəsi olaraq Böyük Qafqazın qədim müdafiə sistemlərinə həsr edilmiş geniş elmi atlas hazırlanacaq. Atlas regionun müdafiə memarlığının, tarixi-landşaft xüsusiyyətlərinin, siyasi və hərbi əlaqələrinin, eləcə də müxtəlif dövrlərdə formalaşmış istehkam sistemlərinin daha dərindən öyrənilməsinə mühüm töhfə verəcək.
            Layihənin Leverhulme Trust Fondunun qrant müsabiqəsində qalib gəlməsi BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin beynəlxalq elmi əməkdaşlıqlarda artan rolunun və əməkdaşlarının yüksək elmi potensialının təsdiqidir. Bu uğur Azərbaycanın zəngin arxeoloji irsinin beynəlxalq elmi ictimaiyyətə daha geniş təqdim olunmasına, rəqəmsal arxeologiya sahəsində yeni tədqiqat imkanlarının formalaşmasına və gənc alimlərin beynəlxalq elmi layihələrə fəal cəlb edilməsinə əhəmiyyətli töhfə verəcək.
            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            24.07.2026 | 12:52

            BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

            24.07.2026 | 12:26

            XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

            23.07.2026 | 12:14

            BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

            23.07.2026 | 08:59

            BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

            22.07.2026 | 16:29

            BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025