BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı

            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı

            SOSİAL 5 Dekabr 2024 18:41

            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı

            Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

            BDU rektoru Elçin Babayev qeyd edib ki, İnformasiya və sənəd menecmenti fakültəsi Universitetin ənənələrə söykənən, yeniliyə açıq olan fakültələrindən biridir.  Azərbaycanda ali kitabxanaçılıq təhsilinə 1947/1948-ci tədris ilindən başlanıldığını xatırladan rektor bildirib ki, həmin ildə BDU-nun Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılıb. Şöbənin ilk ixtisas müəllimləri Xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olub. 1958/1959-cu tədris ilində həmin şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilib, 1962-ci ilin avqust ayında isə BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunub. 2003-cü ildə fakültə Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılıb. BDU Elmi Şurasının 18 yanvar 2023-cü il tarixli qərarı ilə fakültənin yeni adı İnformasiya və sənəd menecmenti fakültəsi kimi müəyyənləşdirilib.

            Rektor diqqətə çatdırıb ki, BDU-da aparılan islahatlar çərçivəsində fakültənin adı ilə yanaşı, məzmunu da yenilənib, kafedraların adları dəyişdirilib, yeni ixtisas və ixtisalaşmalar yaradılıb. Təsadüfi deyil ki, son illərdə fakültəyə qəbul planı tam dolur. Bu günə qədər fakültəni 6000-dən çox məzun bitirib. Fakültədə yüksəkixtisaslı milli kadr hazırlığında Abuzər Xələfov, Hacı Həsənov, Zöhrab Əliyev, Əşrəf Xələfov, Bayram Allahvediyev, Tacəddin Quliyev, Rasim Kazımov, Fərman Bayramov, Sahib Rzayev, Əli Rüstəmov, Zöhrab Baxşəliyev, Almaz Abasova, Kəmalə Şeyxzamanova, Qəmzə Hacıyeva, Akif Cəfərov, Aşur Əliyev, Sənubər Mustafayeva və digər alim-pedaqoqların böyük xidmətləri olub. Hazırda fakültədə təlim-tədris prosesi ilə 50 nəfərdən çox professor-müəllim heyəti məşğul olur. Fakültə kollektivi BDU-nun ictimai həyatında da yaxından iştirak edir.

            Sonra İnformasiya və sənəd menecmenti fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

            Fakültə dekanı Ələmdar Bayramov, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan, fakültənin məzunları - Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Vətən müharibəsi qazisi, baş leytenant Qədir Daşdəmirov, fakültənin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə I kurs tələbəsi Zeynəb Xələfova çıxışlarında İnformasiya və sənəd menecmenti fakültəsinin tarixinə nəzər salıb, peşəkar kadr hazırlığında rolundan danışıblar. Qeyd olunub ki, BDU-nun ən böyük xidmətlərindən biri müxtəlif elm sahələri üzrə peşəkar kardrlar yetişdirməklə yanaşı, milli ruhun daşıyıcısı olmasıdır. İnformasiya və sənəd menecmenti fakültəsi də kadr hazırlığı prosesində bu ənənəyə uğurla əməl edir.

            Tədbir fakültə əməkdaşlarının və tələbələrinin ifasında bədii hissə ilə davam edib.  Tədbirin xüsusi qonağı, Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlının ifasında saz havaları tədbirə xüsusi rəng qatıb.

            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025