BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı

            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı

            SOSİAL 3 Dekabr 2024 17:36

            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı

            Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı keçirilib.
            Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Mərasimdə çıxış edən rektor Elçin Babayev Fizika fakültəsinin əsasının BDU-nun təsis edildiyi  vaxtdan - 1919-cu ildə Tibb fakültəsinin nəzdində Fizika kafedrasının yaradılması ilə qoyulduğunu deyib. Bildirib ki, Fizika fakültəsinin məzunları içərisində görkəmli alimlərlə yanaşı, ölkəmizin inkişafında xüsusi əməyi olan dövlət xadimləri, ərazi bütövlüyümüzün qorunması uğrunda vuruşan qəhrəmanlarımız və şəhidlərimiz var. Dünya şöhrətli fizik, Nobel mükafatı laureatı Lev Landau, 1965-1970-ci illərdə BDU-nun rektoru olan Mehdi Əliyev, AMEA-nın sabiq prezidentləri Eldar Salayev və Mahmud Kərimov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov kimi tanınmış insanlar məhz Fizika fakültəsində təhsil alıblar. Fizika fakültəsi Azərbaycanın fizika üzrə elmi-pedaqoji kadr ehtiyaclarının ödənilməsində mühüm rol oynayan elm və təhsil mərkəzidir. Rektor fakültənin və Azərbaycan fizika məktəbinin formalaşması, məşhurlaşmasında böyük rolu olan alimlərin adlarını çəkib, onların ənənələrinin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

            Hazırda fakültədə 1191 tələbənin təhsil aldığını deyən rektor ən yüksək nəticə əldə edərək Fizika fakültəsinə qəbul olunan 4 tələbəni də təqdim edib.

            Sonra Fizika fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

            Fizika fakültəsinin dekanı, dosent Bəxtiyar Paşayev bildirib ki, fakültə yarandığı gündən tədris və elmi fəaliyyətini günün tələblərinə uyğun qurub, bu da onun daim inkişafda olmasını təmin edib. Bu gün fakültədə fundamental təhsil verilir və dünya səviyyəli müasir elmi tədqiqatlar aparılır. Fakültə böyük elmi-texnoloji və kadr potensialına, elmin və texnologiyanın müxtəlif istiqamətlərində məqsədli kadr hazırlığını həyata keçirmək imkanlarına malikdir. Fizika fakültəsində əldə edilən bilik və bacarıqlar, qazanılan keyfiyyətlər fakültə məzunlarının müxtəlif sahələrdə fundamental və tətbiqi elm, yüksək texnologiyalı istehsalat və informasiya sistemləri sahələrində, dövlət idarəetmə orqanlarında, sənaye və maliyyə qurumlarında uğurla çalışmalarına zəmin yaradıb.

            Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru Niftalı Qocayev fakültənin Universitetin və ölkədə Fizika elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Fizika fakültəsinin bugünkü uğurlarına səbəb olan alimlərin hər zaman xatırlanacağını deyib.

            Daha sonra fakültənin şəhid məzunu Şəhriyar Həbiblinin anası Təranə Həbibli oğlunun tələbəlik illərindən bəhs edib, xatirələrini bölüşüb.

            Tədbir fakültənin müəllim və tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025